ManşetMedia

Tehran Bakı ilə sərhədlərin açılmasının müzakirəsinə hazırlaşır?

İranın yeni prezidenti Məsud Pezeşkiyan daha bir hədəfini açıqlayıb. JAMAZ.İNFO xəbər verir ki, onun növbəti hədəfi İran sərhədlərində biznesin inkişa etdirilməsidir.

“Səma Seda” TV-yə açıqlamasında Pezeşkian deyib ki, əgər sərhədyanı bölgələrdə biznesi inkişaf etdirməyə nail olsalar, sansksiyaların onlara heç bir təsiri qalmayacaq. Onun sözlərinə görə, biznes planlarını həyata keçirdikdən sonra sərhədyanı ticarəti gücləndirməyə başlayacaqlar.

İran prezidenti dolayısı ilə Azərbaycanın da adını çəkib. O bildirib ki, hazırda sərhədyanı ticarət məsələsində bəzi ölkələrlə çətinlikləri var. O, bunu sərhəddin bağlı olması ilə izah edib. “Biz həmin ölkələrlə danışıq apararaq, səhərdlərin açılmasına nail olacağıq”.

Xatırladaq ki, İranla sərhəd ölkələrdən yalnız Azərbaycan sərhəddi bağlı saxlayıb. İkinci ölkə isə Əfqanıstandır ki, burada sərhəd bağlı olmasa da, ticarət məsələsində müəyyən maneələr var. Həmin maneələr də səhərd-buraxılış məntəqələrində narkotik və buna bənzər maddələrin müəyyən edilməsi üçün lazım olan avadanlıqlarının kifayət etməməsidir.

Pezeşkianın sözlərindən belə anlaşılır ki, Tehran yaxın zamanlarda sərhədlərin açılması məsələsini Bakı ilə müzakirə etməyə başlayacaq. Yəqin ki, bunun üçün bir çox təminatlar da vəd edəcək. Xüsusən də kəşfiyyat, narkotik və ideoloji məsələlər ön sırada olacaq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button