ManşetÖlkə içi

Tanınmışlardan kimlər əfvə düşüb?

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əfv sərəncamı imzalayıb. JAMAZ.İNFO xəbər verir ki, Prezidentin sərəncamı ilə əfv olunanlar siyahısında Vətəndaş və İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyev də var.

Qeyd edək ki, Vətəndaş və İnkişaf Partiyası 28 may 2006-cı ildə Əli Əliyevin rəhbərliyi ilə yaradılıb. İlk qurultayda sədr seçilən Əli Əliyev 2021-ci ildə Qaraheybət aviasiya poliqonunda baş verən helikopter qəzasında yaralanan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov tərəfindən xüsusi ittiham qaydasında məhkəməyə verilib. Cinayət Məcəlləsinin 147.1-ci (Böhtan) maddəsi ilə ittiham olunan partiya sədri 3 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

Bundan başqa, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin iki əməkdaşı da əfv edilib. Onlar MTN-in Sabiq əməkdaşları Azər Mehdiyev və Zaur Məmmədovdur.

Məlum əfv sərəncamına düşənlər arasında sabiq mədəniyyət nazirinin müavini Rafiq Bayramov da var. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2021-ci il 17 avqust tarixli hökmü ilə məhkum edilmişdi.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button