ManşetMedia

Tanınmış satirik şair təhqir olundu

Lənkərandan yaşayıb, yaradan tanınmış satirik şair Tofiq Həsənli bir neçə gün əvvəl bir neçə siyasi partiyanın yerli təşkilatının rəhbərləri tərəfindən təhqirə məruz qalıb. JAMAZ.İNFO xəbər verir ki, hadisə aprelin 9-da Lənkəranda yerləşən “Məkan” restoranının qarşısında baş verib.

Belə ki, həmin vaxt ölkənin tanınmış yazarları – Əvəz Zeynallı və Kəramət Böyükçöl kitab yarmarkası keçirtmək üçün  Lənkərana gəliblər. Tədbirdən sonra Tofiq Həsənli və bir neçə nəfər yazar qonaqlarla “Məkan”a çörək yeməyə gəlib.

Tofiq Həsənlinin telefonda “Cənub.az”-a bildirdiyinə görə, restoranda olan zaman onu çölə şağırıblar. Burada bir qrup şəxslərlə söhbət zamanı Tofiq Həsənli Fazil Qəzənfəroğlu ilə bağlı yazdığı tənqidi şeir müzakirə mövzusu olub. Hansı ki, bu şeirdən sonra Fazil Qəzənfəroğlunun tərəfdarları həmin status altında olduqca təhqiramiz  rəylər yazıblar. Tofiq də bu məqama diqqət çəkərək bildirib ki, üzr istəsinlər, bağışlayaram. Bu zaman Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının Lənkəran təmsilçisi onlara yaxınlaşaraq  bir qrup adamın yanında Tofiqi açıq-aşkar təhqir edir.

Qeyd edək ki, Tofiq Həsənlini təhqir edənlər Qüdrət Həsənquliyevin rəhbəri olduğu Bütöv Azərbaycan Xxalq Cəbhəsi Partiyası və Fazil Mustafanın rəhbəri olduğu Böyük Qurtuluş Partiyasının yerli şöbələrinin nümayəndələri olublar.

“Cənub.az” iddia edir ki, hadisəyə Əvəz Zeynallı və Kəramət Böyükçöl də şahidlik ediblər. Lakin onlar baş verənlərə qarışmayıblar. “Yəqin, elə düşünüblər ki, bu təxribatdır, onları oyuna çəkirlər. İnanırıq ki, Bakıya qayıtdıqdan sonra sözlərini deyəcəklər. Yalnız məclisin iştirakçısı olan cəlilabadlı Elşad Təhməzov adlı şair Tofiq Həsənlini maşınına əyləşdirib onu evlərinə aparıb”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button