CəmiyyətManşet

“Tərtər işi”ndə işgəncə görmüş iki zabit Şuşanın fəthi medalını aldılar 

Tərtər hadisələri zamanı ən ağır işgəncəyə məruz qalmış hərbçilər –  kəşfiyyatçı kapitan Allahverdiyev Elmar Saleh oğlu və mayor Qocayev Tural Məmməd oğlu bu gün Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildilər. JAMAZ.İNFO xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Rəsul Cəfərov öz Facebook hesabında yazıb.

O bildirib ki, “Tərtər işi” məsələsi araşdırılmalıdır. “Yəni bu adamlar üzləşdiyi haqsızlığa, saxta vətənə xəyanət ittihamlarına və bu ittihamların verdiyi mənəvi əzaba baxmayaraq, canla başla Vətən Müharibəsində iştirak ediblər. Tərtər işi üzrə yenidən araşdırma aparılmalı, adları qeyd edilən və edilməyən hərbçilərə qarşı saxta ittihamlarla vurulan ziyan aradan qaldırılmalı, xüsusən bu gün heç bir sübut olmadan həbsdə qalan əsgər, gizir və zabitlər azadlığa buraxılmalıdır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button