DünyaManşet

Təbrizdə qanla bitən futbol: 7 yaralı

Dünən Şərqi Azərbaycan Liqasının Kubok oyunlarından biri qanla bitib. JAMAZ.İNFO “NasrNews” saytına istinadən xəbər verir ki, Mərəndin “Təxti” stadionunda keçirilən yarımfinal oyununda sözügedən şəhərin “Aras Ticarət” klubu ilə Mərəndin “Baran sport” klubu qarşılaşıb və oyun 3:1 hesabı ilə təbrizlilərin xeyrinə bitib.

Oyunun 80-ci dəqiqəsində Mərənd klubunun azarkeşləri qəfil stadiona daxil olaraq, “ARAS Ticarət” klubunun futbolçularına hücum ediblər. Əllərində bıçaq və dəyənək olan bir qrup adam Təbriz klubunun 7 oyunçusuna ağır xəsarətlər yetiriblər. Yaralıları təcili Mərənd xəstəxanasına çatdırılıb. Onlardan 3-nün vəziyyətinin ağır olması səbəbindən təcili Təbrizin “İmam Rza” xəstəxanasına aparılıb.

Son məlumatlara görə, “Aras Ticarət” klubunun bir oyunçusu aldığı zərbələrdən dolayı yaddaşını tamamilə itirib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button