ManşetSiyasət

“Şuşadakı döyüşün ikinci günü ermənilərin hamısı öldürülmüşdü”

44 günlük Vətən Müharibəsinin ən mükəmməl və heyrətamiz döyüşü olan Şuşanın işğaldan azad edilməsi əməliyyatı barədə çoxlu yanaşmalar, məlumatlar var. Hətta bununla bağlı sənədli film də mövcuddur. Lakin həmin döyüşlərin detalları barədə heç də hər şey deyilməyib.
JAMAZ.İNFO xəbər verir ki, Şuşa döyüşü təkcə, Azərbaycan və Ermənistanda deyil, həm də dünyanın bir çox aparıcı ölkələrində də döyüş taktikası olaraq öyrənilir. Çünki sərt qayaları piyada keçərək, böyük bir arsenala malik erməni ordusuna qarşı demək olar ki, yüngül atıcı silahlardan istifadə edən Azərbaycan Ordusunun hansı taktikadan istifadə etməsi hərbçilər üçün maraqlıdır.
Qeyd edək ki, Şuşa döyüşləri ilə bağlı erməni tərəfi də çox bəhs etmir. Ara-sıra verilən açıqlamalar və ya ümumi müsahibələrdən başqa yeni bir şey deyilmir. Bu günlərdə isə erməni mediası yenidən həmin mövzuya qayıdıb və həmin vaxt Şuşanın “mer”i olmuş Artsvik Sarkisyandan müsahibə alıb. Sarkisyan bildirib ki, Şuşa şəhəri hələ noyabrın 7-də Azərbaycanın nəzarətinə keçib:
“Düzdür, hamı döyüşürdü. Amma hər şey nizamsız idi. Döyüşçülər əsasən sıravi əsgərlər və könüllülər idi. Hakimiyyətin yəqin ki, şəhər daxilində baş verənlərdən xəbəri belə yox idi”.
Atsvik deyib ki, onun qardaşı da tağımı ilə birlikdə Şuşada döyüşüb.
“Mən öz tağımımla, onlar isə Şuşadakı elektrik şəbəkəsinin yanında cəmi 1,5 saat döyüşdük. Birinci hücum noyabrın 3-də oldu. Lakin geri çəkildilər. Həmin vaxt “Yaşma” da ordaydı. İlk dəfə dağı qalxanda, itki vermişdilər. Amma ardından 250-yə yaxın Azərbaycan əsgəri Şuşaya daxil olmağa başladılar. Daşaltıda da şiddətli döyüşlər gedirdi. Erməni tərəfi ümumiyyətlə, döyüşləri təşkil etmirdi, heç bir taktika yox idi, hərə öz bildiyi kimi ödyüşürdü”.
Qondarma “mer” bildirib ki, Hadrut işğaldan azad ediləndən sonra onlar əmin olublar ki, Azərbaycan Ordusu Şuşanı azad etmək üçün hücuma keçəcəklər.
“Məntiq bunu deyirdi. Lakin Ermənistan hakimiyyəti onların hərəkətini dayndırmaq üçün təşkilatlana bilməzdi. Əgər hər şeyi yaxşı təşkil etsəydilər, indi Şuşa da, Laçın da bizdəydi. Şuşaya gedən yolun aşağısında bu qədər itki verməzdik”,-deyə Sarkisyan vurğulayıb.
Sarkisyan onu da deyib ki, artıq noyabrın 5-də Azərbaycan Ordusunun bir bölüyü Şuşaya qalxan ikinci yoldan şəhərə daxil olubmuş:
“Onların arasında xeyli sayda snayper və xüsusi təyinatlı vardı. Noyabrın 7-də isə Azərbaycan Ordusunun çox sayda bölmələri artıq Şuşanın içindəydilər. Onlar Şuşa Elktrik Stansiyasının yanından, İsa Bulağından keçərək, meşəyə girmişdilər. Daha sonra isə yanacaqdoldurma stansiyası və daha bir neçə yerdən şəhərə daxil olmuşdular”.
Erməni “mer” daha sonra vurğulayıb ki, noyabrın 4-də Azərbaycan Ordusuna qarşı döyülər gecə saat 03:30-a qədər davam edib. Əsas döyüşlər isə Elektrik Stansiyasının yanında baş verib. Həmin döyüşdə iştirak edən erməni həbçilərin hamısı öldürüldü”.
Qeyd edək ki, Azərbaycan, Şuşa şəhərinin noyabrın 8-də işğaldan azad edildiyini bəyan edib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button