GündəmManşet

ŞUŞADA ERMƏNİ DİVERSANT “AZƏRBAYCANLI” ADIYLA POSTUMUZA SOXULDU – ƏLBƏYAXA DÖYÜŞDƏ DÜŞMƏN MƏHV EDİLDİ

“Şuşada erməni diversant Azərbaycan hərbçilərinə məxsus forma geyinərək onların qaldığı yerə gəlib. Erməni diversant Azərbaycan dilində təmiz danışdığından ilk növbədə özünə diqqəti cəlb etdirməyib”. JAMAZ.İNFO xəbər verir ki, bu barədə hərbi mənbələrdən məlumat daxil olub.
Məlumatda deyilir ki, Azərbaycan əsgərinin həddindən artıq peşəkarlığı və ayıq-sayıqlığı düşmən hiyləsinin baş tutmasının qarşısını alıb. “Xüsusi Təyinatlı Hərbçimiz onun erməni olduğunu və parolu bilmədiyini görərək şübhələnib. Bu zaman erməni diversant bıçaqla hərbçimizə hücum çəkib və əlbəyaxa döyüş olub. Əsgərimiz erməni diversantı boğaraq öldürüb”.
Xatırladaq ki, bu ilk hadisə deyil. Artıq iki gündür Hadrut istiqamətində ermənilər hərbçilərimizə mütəmadi hücum edirlər. Hadisə nəticəsində bir əsgərimiz Şəhid olub, biri yaralanıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button