GündəmManşet

Şuşada aksiya davam edir: daha 200 etirazçı Laçın dəhlizinə yola düşüb

Xəbər verdiyimiz kimi, dünəndən etibarən bir qrup QHT və media nümayəndəsi Şuşa şəhəri yaxınlığında Laçın dəhlizini bağlayaraq, etiraz aksiyası keçirirlər. JAMAZ.İNFO xəbər verir ki, aksiya iştirakçıları hazırda separatçıların nəzarətində olan və rus sülhməramlıları tərəfindən himayə olunan ərazilərdə ekoloji fəlakətin və mədənlərin talanması faktına etiraz edirlər.

Qeyd edək ki, dünən başlayan aksiyaya 100-dən artıq QHT və media nümayəndəsi statrt verib. Bu gün isə Bakıdan daha 200-ə yaxın QHT və media nümayəndəsi Şuşaya yollanıblar. Onlar bu gündən etibarən aksiyaya qoşulacaqlarını bildiriblər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button