AraşdırmaManşet

Sülh sazişi dekabrın əvvəli imzalanacaq: Tiflis razılaşmasından sonra Ordu Xocalıya girəcək

“Azərbaycan və Ermənistan arasında sülh sazişi noyabrın sonuna qədər və ya heç olmasa dekabrın əvvəlində imzalana bilər”. JAMAZ.İNFO xəbər verir ki, bu sensasion məlumatla Ermənistanda nəşr olunan “Hraparak” qəzet çıxış edib.

Qəzet yazır ki, müqavilənin Tbilisidə imzalanması planlaşdırılır. “Əldə etdiyimiz məlumata görə, Gürcüstanda Əliyevlə Paşinyan görüşünə və sülh erasından xəbər verən sənədin imzalanmasına fəal hazırlıq gedir”.
“Hraparak” qeud edir ki, həmin sənədin imzalanması Ermənistanın rəsmi və yekun olaraq Qarabağdan çıxmasından xəbər verəcəkdir. “Ermənistan heç bir şəkildə Qarabağın işlərinə qarışmayacağını öhdəsinə götürəcək. Qarabağdakı ermənilərin Ermənistan vətəndaşlığından məhrum edilməsi və Qarabağın maliyyələşdirilməsi tam dayandırılacaq. Qarabağın təkcə güc strukturları deyil, ümumiyyətlə, yerli özünüidarələrdən tutmuş prezident aparatına qədər dövlət idarəetmə sistemi də maliyyədən məhrum olacaq. Ermənistan xeyriyyə və sosial xarakterli layihələr, məsələn, uşaq bağçasının sökülən divarının suvaq və rənglənməsi kimi layihələr həyata keçirmək hüququna malik olacaq. Bundan başqa hər şey separatizm və terrorizmi himayə etmək və maliyyələşdirmək kimi qiymətləndiriləcək.
Qarabağın erməni əhalisinin seçimi olacaq. Ya Azərbaycan vətəndaşlığını qəbul edir və Azərbaycan vətəndaşı kimi öz yaşayış yerində yaşamağa davam edir, ya da Ermənistan vətəndaşı kimi Qarabağı tərk edir”.

Qəzetin əldə etdiyi məlumata görə, ermənilərin məskunlaşdığı əraziyə müəyyən mədəni muxtariyyət verilməsi məsələsi müzakirə olunur. “Azərbaycan muxtariyyətin istənilən növünə qarşıdır, lakin qərb sivil dövlətlərinin təsirli təzyiqi altında bu muxtariyyətin kağız üzərində qalacağını, çox qısa müddətdən sonra Qarabağın tamamilə boşaldılacağını, qalanlarının isə azərbaycanlılaşacağını başa düşərək razılaşa bilər. Üstəlik, bəzi yaşayış məntəqələri müqavilə imzalandıqdan bir neçə saat sonra boşaldılacaq. Məsələn, Azərbaycan tələb edir ki, 1991-92-ci ilə qədər azərbaycanlılar yaşayan lakin hazırda Ermənistanın nəzarətində olan ərazilər ermənilər tərəfindən dərhal azad edilməlidir. İlk növbədə Xocalıya aiddir. Əliyev üçün Xocalıya girmək Şuşa və ya Laçın qədər simvolik olacaq”.
Erməni nəşri bildirir ki, bu sazişin imzalanmasını nəzərə alan Əliyev Soçidə elan etdi ki, Qarabağ məsələsi yoxdur, həll olunub və o mövzuda müzakirə aparıla bilməz. “Rusiya sülhməramlı qoşunlarına gəlincə, Qarabağ əhalisinin bir hissəsi ölkədən getdikdən və qalan hissəsi Azərbaycan vətəndaşlığını qəbul etdikdən sonra onların həmin ərazidə qalmaları tamamilə mənasız olacaq. Azərbaycan bəyan edəcək ki, bu insanlar öz ölkəsinin vətəndaşlarıdır və Azərbaycan onların hüquqlarını, təhlükəsizliyini təkbaşına təmin etməyə qadirdir. Qarabağ təhvil verilməsindən sonra artıq Qarabağı Ermənistanla birləşdirən dəhlizdən söhbət gedə bilməz. Dəhliz olmayacaq, Türkiyə və Azərbaycan bəyan edə bilməyəcək ki, Azərbaycanı Naxçıvana birləşdirən dəhliz Ermənistanı Qarabağla birləşdirən dəhlizlə eyni statusa malik olmalıdır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button