ManşetSiyasət

Stepan Danelyan: “Zəngəzur Dəhlizi Britaniyaya lazımdır”

“Fransa Azərbaycandan bir şeylər qoparmayana qədər dincəlməyəcək. Rusiya da öz maraqlarını rəhbər tutur. Bu da təbiidir, amma indi məğlubiyyət mərhələsindədir”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri erməni politoloq Stepan Danielyan deyib.

Danelyan deyir ki, Azərbaycanın digər sektorlarına qoyulan on milyardlarla sərmayələri nəzərə almasaq, təkcə, “British Petroleum” Azərbaycana 80 milyard dollara yaxın sərmayə qoyub. “Buna Mərkəzi Asiyaya, o cümlədən enerji sahəsinə on milyardlarla dollarlıq Britaniya sərmayəsini də əlavə etmək lazımdır. Bunun üçün Böyük Britaniyaya Rusiya və İran ərazisindən yan keçməklə enerji nəqli üçün, həmçinin türk dünyasını iqtisadi cəhətdən birləşdirəcək Zəngəzur dəhlizi lazımdır”.

Erməni politoloq hesab edir ki, 2020-ci il müharibəsindən sonra Türkiyəyə 18 milyard, eləcə də hərbi sektora 100 milyon əlavə sərmayə qoyulub. muşdur. “Bu, Qarabağ müharibəsinin geosiyasi səbəblərindən sadəcə biridir. Digər məqamları isə bir kənara qoyaq. İndi isə Fransaya keçək. Fransanın “Total” şirkəti Azərbaycana cəmi 1 milyard, digər sektorlarla birlikdə cəmi 3 milyard sərmayə qoyub. Azərbaycan isə Fransaya yatırdığı sərmayələr təxminən 6 milyard təşkil edir. Həmçinin 2017-ci ildə “Total” Trampın nüvə proqramından çıxmasından sonra İrana 4,8 milyard sərmayə qoyub”.

Daneylan qeyd edir ki, Böyük Britaniya Aİ-dən çıxdıqdan sonra Fransa-Britaniya rəqabəti daha da güclənib. “İndi Fransa Azərbaycanın enerji resurslarının Avropaya çatdırılmasının qarşısını almaqla Britaniyaya cavab zərbəsi endirmək istəyir. Buna görə də Fransa Senatı fəallaşıb. Fransa Azərbaycandan istədiklərini qoparmayana qədər, yəqin ki, sakitləşməyəcək. Rusiya da öz maraqlarını rəhbər tutur, bu da təbiidir, amma indi məğlubiyyət mərhələsindədir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button