ManşetÖlkə içi

Stepan Danelyan: “Şahramanyan və kişilik bir araya sığmır”

“Samvel Şahramanyan uzun illər Dağlıq Qarabağın milli təhlükəsizlik sistemində müxtəlif vəzifələrdə çalışıb. Əgər o, yalnız sentyabrın 19-da rusların müşahidəçi olduğunu başa düşübsə, o zaman heyif onun tuduğu vəzifəyə”. JAMAZ.İNFO xəbər verir ki, bunu politoloq Davit Stepanyan deyib.

O bildirib ki, Şahramanyan nə etdiyini və Ermənistana niyə gəldiyini çox yaxşı bilir. “Şahramanyan və kişilik bir araya sığmır. Necə ki, Şahramanyanla siyasətçi bir araya sığmır. Çünki o səhvləri edən adamın ümumiyyətlə danışmağa haqqı yoxdur”.

Stepanyan daha sonra separatçıların qondarma hökumətlərini də tənqid edib. “Qarabağ hökumətinin siması budur: xalqı uzun illər terror edib, qorxu mühitində saxlayıblar. İndi Yerevana gəliblər, eyni şəkildə davam etmək istəyirlər. Klan sistemi var idi, Ermənistandan gedən pulları sovururdular. Xalqın üstünə də bir az qırıntıdan tökürdülər ki, səsləri çıxmasın.  Elə zənn edirdilər ki, bu həmişəlik davam edəcək. Mən təəccüblənirəm ki, Samvel Şahramanyan hələ də azadlıqdadır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button