ManşetÖlkə içi

Stepan Danelyan: “Rusiya hazırda Azərbaycanla qarşı-qarşıya gəlmək gücündə deyil”

“Keçirilən aksiyalarla Azərbaycan Laçın dəhlizinə nəzarəti bərpa etməyə çalışır”. JAMAZ.İNFO xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan deyib.

Erməni politoloq qeyd edib ki, məqsəd Zəngəzur dəhlizinin açılmasına nail olmaqdır. “Azərbaycan Türkiyə və Azərbaycana lazım olan statusda Zəngəzur Dəhlizinin açılması üçün təzyiqlər edir. Ona görə də, problemləri bir növ bərabərləşdirmək üçün aktiv əməliyyatları Laçın dəhlizinə köçürüb”.

Onun sözlərinə görə, problemli hissə Rusiya sülhməramlılarının nəzarətində olduğundan, onların da məsuliyyəti var. “İndi yolu bağlayırlarsa, istədikləri kimi açsınlar. Görünür, toqquşmalara getmək istəmirlər. Nəticədə, yolun bağlanması ilə barışıblar. Aydın məsələdir ki, Rusiya indi Azərbaycanla qarşı-qarşıya dayanmaq iqtidarında deyil. Çünki  bu, Türkiyəyə qarşıolmaq deməkdir”.

10 noyabr razılaşmasına da toxunan Danelyan bildirib ki, həmin sənəd bəyannamədir. “Üçtərəfli bəyanat razılaşmadır. Hazırda məsələlər güc müstəvisində həll olunur. Siyasi vəziyyətin dəyişməsi ilə Azərbaycan bu vəziyyətdə özünü daha inamlı hiss edir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button