ManşetSiyasət

Stepan Danelyan: “İran Azərbaycana hücum edərsə, Qərb dövlətləri Tehranı bombalayacaq”

“Düşünürəm ki, İran-Azərbaycan münaqişəsinin baş verməsi ABŞ, İsrail və İngiltərə üçün çox faydalı olardı. Bu, İrana qarşı, xüsusən də nüvə obyektlərinə və raket əleyhinə sistemlərə qarşı daha ciddi bombardmanların həyata keçirilməsi üçün qanuni səbəb olardı”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri erməni politoloq Stepan Danielyan “İrana hərbi müdaxilə olarsa, bu, Qarabağ və Ermənistana hansı təsiri olacaq” sualına cavab verərəkən deyib.

O, İrana hərbi müdaxilənin olacağını ehtimal etmədiyini bildirib. “Burada əsas hədəf hərbi obyektlərin sıradan çıxarılmasıdır. Azərbaycana qarşı hərbi addımlar, həm də Türkiyəni bu prosesə cəlb etmək və böyük regional münaqişəyə səbəb olar. Məncə, İran bundan narahatdır. Bu, Rusiyanın da marağında deyil və məsələdən yayınmağa çalışacaqlar. Bəs, bunun bizə necə təsir edəcəyinə gəlincə, əgər belə hal olarsa Ermənistana çox pis təsir edə bilər. İstisna deyil ki, belə bir ssenaridə Türkiyə Ermənistan ərazisindən keçməklə Sünik vasitəsilə qoşun və hərbi texnika daşıyacaq və nəzarəti təbii ki, Azərbaycanın əli ilə quracaq”.

Danelyan qeyd edir ki, Laçın dəhlizinin “bağlı saxlanılması” Azərbaycanın marağında olan məsələdir. Onun sözləırinə görə, Bakının hədəfi Qarabağdakı erməniləri iki yol ayrıcında qoymağa çalışır. “Ya Azərbaycan vətəndaşlığını qəbul edib, orada qalmalıdırlar, ya da çıxıb getməlidirlər. Hazırda Azərbaycan eləı vəziyyət yaratmağa çalışır ki, dəhlizi qısa müddətdə açdıqda, erməniləri oradan çıxıb getsinlər. Ermənilər Qarabağdan gedərsə, rus sülhməramlılarının orada heç bir işi qalmayacaq. Bu isə de-yure rus hərbçilərinin Azərbaycan ərazisindən çıxarılması ilə nəticələnəcək”.

Erməni politoloq deyir ki, növbəti mərhələdə, təbii ki, Ermənistanda hansı psixoloji ab-havanın olacağını indidən təsəvvür etmək mümkündür. “Ermənistan əhalisi rus qoşunlarının bizi qoruya bilməyəcəyini görəcək. Nəticədə, Rusiya hərbi bazaları əvvəlcə, Ermənistandan, daha sonra isə Qafqazdan çıxarılacaq. Onsuz da İrəvan istənilən Qərb ssenarisinə razılıq verib. O zaman İranı çökdürmək üçün bu ölkənin şimalında (Güney Azərbaycan nəzərdə tutulur-red.)  ayrılmaq üçün daha ciddi aksiyalar təşkil olunacaq. Yəni Qərbin ona qarşı fəaliyyət göstərə biləcəyi iki əsas qüvvə var: Rusiya və İran”.

Bölgənin müharibə meydanına dönüb-dönməyəcəyi ilə bağlı suala cavab olaraq Danelyan bildirib ki, bunu heç kim deyə bilməz. “Deyə bilmərəm ki, Rusiya-Ukrayna müharibəsi hansısa yolla həll olunana qədər bu, qaçınılmalı olan ssenarilərdən biridir. Hesab edirəm ki, bu halda regionumuzda vəziyyət müsbətə doğru dəyişə bilər”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button