ManşetSiyasət

Soçidə üçtərəfli görüş başladı: “Qarabağda normal yaşamı bərpa etmək üçün qərarlar qəbul edə biləcəyik”

Soçidə İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan görüşü start götürüb. JAMAZ.İNFO xəbər verir ki, görüşlə bağlı ilkin açıqlama Putindən gəlib.

O deyib ki, bir il ərzində Qarabağda çox işlər görülüb. “Təəssüf ki, hələ də bütün məsələlər həll olunmayıb”.

O, Qarabağda normal yaşayışı bərpa etmək üçün ən yaxın zamanda lazım olan qərarları qəbul edə biləcəklərinə ümid edib. “Qarabağda hadisələrin qarşısını almaq üçün üçtərəfli görüş lazımdır”.

Rusiya prezindeti qeyd edib ki, ölkəsinin həm Azərbaycan, həm də Ermənistanla dərin tarixi əlaqələri var. “Onların məhv olmasını istəməzdik. Bu əlaqələr dəstəklənməli və inkişaf etməlidir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button