ManşetSiyasət

Soçidə Əliyev-Putin-Paşinyan görüşü keçiriləcək: 26 noyabrda -İDDİA

Məlum olduğu kimi, bu ilin 15 dekabrında Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın Brüsseldə görüşü nəzərdə tutulub. JAMAZ.İNFO xəbər verir ki, bu məlumatı hər iki ölkənin rəsmiləri təsdiqləyiblər. 
Lakin bu gün yayılan bir başqa məlumatda isə deyilir ki, Brüsseldən öndə, daha bir görüş Soçi şəhərində reallaşacaq. Erməni polkovnik Boris Avaqyan iddia edib ki, Rusiya prezidenti Vladimir Putin noyabrın 26-da Soçidə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək. 
Bu görüşün Brüsseldənb öncəyə salınması səbəbsiz deyil. Rusiya Qərbin Azərbaycan-Ermənistan məsələsinə qarışmasına və orada rol almasında maraqlı deyil. Buna imkan belə vermək istəmir. Eyni zamanda, xəbər doğru olarsa, bu o demək olacaq ki, Rusiya həm də hər şeyin Rusiyanın nəzarəti altında olduğunu nümayiş etdirmək istəyir.
Qeyd edək ki, bu görüşlə bağlı nə rəsmi Bakı, nə də İrəvan hər hansı bir açıqlama verməyib. Heç Kremldən də hər hansı bir məlumat yayılmayıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button