AraşdırmaManşet

SOCAR ləğv olunur, onun yerində yeni nazirlik yaradıla bilər

Xəbər verildiyi kimi, Rövnəq Abdullayev SOCAR prezidenti vəzifəsindən azad edilib. JAMAZ.İNFO xəbər verir ki, ölkə başçısı İlham Əliyevin imzaladığı sərəncama əsasən sözügedən şəxs yeni təyinat da alıb.

Belə ki, Rövnəq Abdullayev bundan sonra iqtisadiyyat nazirinin müavini postunu tutacaq.

Gələn xəbərlərdən belə anlaşılır ki, yaxın günlərdə SOCAR ləğv ediləcək. Hələ bir müdəət əvvəl Müşahidə Şurasının yaradılması və vitse-prezidentlərin işdən çıxarılmasından sonra bu qurumun başqa bir qurumla əvəzlənəcəyi gözləntiləri vardı. Hökumətin bununla bağlı plan hazırladığı da verilən xəbərlər sırasında idi. Lakin konkret olaraq, SOCAR-ın yerini hansı qurumun tutacağı məlum deyildi.

JAMAZ.İNFO xəbər verir ki, bəzi mənbələr SOCAR-ın ləğv edilərək, Energetika Nazirliyinin tərkibinə birləşdiriləcəyini bildiririlər. İddialara görə, yaxın günlərdə baş verəcək prosesdən sonra yeni qurumun adı Neft Nazirliyi ola bilər. Lakin mümkündür ki, ad olaraq Energetika Nazirliyi də qalsın. Bu barədə yaxın günlərdə qəti qərarın veriləcəyi deyilir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button