AraşdırmaManşet

SOCAR-ın vitse-prezidenti dənizin bir hissəsini hasara alıb  

Xəzər rayonu, Türkan qəsəbəsində SOCAR-ın 16 illik vitse-prezidenti Mikayıl İsmayılovun hasarlanmış iri sarayı üzə çıxıb. JAMAZ.İNFO xəbər verir ki, bu barədə məlumatı jurnalist Həbib Müntəzir yayıb.

O, paylaşdığı foto ilə yanaşı, İsmayılovun Türkan qəsəbəsində bir neçə imarət ucaltdığını qeyd edib. “Azərbaycan xalqının sərvəti sayılan neftin-qazın maqnatına çevrilən məmur milyonlar xərcləyərək Türkanda, Xəzərin sahilində bir neçə imarət ucaldıb. 6 metr hündürlüyündə hasarlanan, əraziyə heç kimin keçməsinə icazə verilmir”.

Jurnalist qeyd edir ki, hasarın dəniz tərəfində, 3 hektarlıq ərazidə, oliqarx neftçi, ailə üzvlərinin hamısı üçün 5 imarət ucaldıb. “İmarətlərin hər birinə milyonlarla manat xərcləyən Mikayıl İsmayılov həmçinin dənizin bir hissəsini də həyətinə salıb. Villada həm yaxtalar üçün liman, həm tennis meydançası, həm də hovuz mövcuddur. Villanı oğlu Orxan İsmayılzadənin adına rəsmiləşdirib”.

Həbib Müntəzir yazır ki, neft maqnatının villasını mühafizə edən dəstə Mikayıl İsmayılovun qardaşı, Pirallahı rayon Polis İdarəsinin rəisi Cümşüd İsmayılovun işçiləridir. “Adı polisdə, vəzifədə gedən bu şəxslər gecə-gündüz Mikayıl İsmayılovun villalarının qorunması ilə məşğuldur. Qorumalar üçün də ayrıca istirahət yeri mövcuddur”.

Jurnalist yazır ki, bu, Mikayılın sadəcə bir malikanəsidir. “Onun Bakıda ən az 4 villası var, onları da zamanla yayımlayacağam”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button