ManşetSiyasət

“Siyasi partiyalar haqqında” qanun: hansı partiyalar birləşdiriləcək?

Ötən günlərdə parlamentdə ilk oxunşda qəbul edilən “Siyasi partiyalar haqqında” qanunun bir çox müddəları ölkədə siyasi fəaliyyətlə bağlı diskussiyalara səbəb olub. JAMAZ.İNFO xəbər verir ki, hakimiyyət tərəfindən irəli sürülən və qəbul edilən bu qanun bir çox siyasi partiyalar tərəfindən sərt tənqid edilib.

Tənqidə səbəb olan məsələlər sırasında bir çox məqamlar var. Onlardan biri üzvlərin və təsisçilərin sayıdır. Həmin qanunda qeyd edilir ki, yeni partiya təsis etmək üçün ən azı 50 nəfər təsisçi iştirak etməlidir. Davamlı fəaliyyət göstərməkçün isə üzvlərin sayı 4500 nəfərdən az olmamalıdır. Bir çox partiyalar hesab edirlər ki, belə qaydalar mövcud təşkilatların fəaliyyətini məhdudlaşdırmaq, onların bir çoxunu sıradan çıxarmağa hesablanıb.

Bəs, hakimiyyət nəyi hədəfləyir? Azərbaycan iqtidarı mövcud qanunu şərh edərəkən əsas vurğunu “siyasi səhnədə tənzimləmə”nin üzərinə qoyur. Aamma açıq tezislə hədəflərinin nə olduğunu ifadə etmir. Görünən və ehtimal olunan odur ki, hakimiyyətin başlıca hədəfi mövcud siyasi təşkilatların sayını minimuma endirməkdir. Yəni, hazırkı partiya bolluğunu məhdudlaşdırıb, onların sayını 10-12-yə endirməyə hədəfləyir.

Gələn xəbərlərdən də belə başa düşülür ki, yaxın zamanlarda, ən geci gələn ilin martına kimi Azərbaycan siyasi səhnəsində partiyaların birləşmə prosesinə start veriləcək. Təsnifatlaşdırma isə iki və ya üç qrupa bölünəcək. Birinci qrup, faktiki hakimiyyətyönlü partiyalardır ki, onların bir qismi YAP-a, digərləri isə öz aralarında birləşdiriləcək.

İkinci qrup, müxalif görünən partiyaların birləşdirilməsidir. Bu qrupda maksimum 5-6 partiyanın saxlanılması düşünülür. Bu təsnifləşdirmədə mərkəzlər REAL, HƏP, Ağ Partiya və daha münasib bilinən iki və ya 3 partiya hesab olunacaqlar. Yəni, yerdə qalanların bunlarla biləşdirilməsi prosesi həyata keçiriləcək.

Bu sırada müstəqil qalacaq partiyalara gəlincə isə onların sayının çox olması inandırıcı görünmür. Çünki hazırda belə partiyaların sayı 3-dən artıq deyil. Belə ki, hakimiyyət AXCP, Müsavat və ADRP-ni bu prosesdən kənarda tutacaq. Daha doğrusu, onlara birləşmək və siyasi mərkəz olmaq təklifi edilə bilər. Lakin qarşı tərəfin bunu qəbul etməyəcəklərindən əmin olduqları üçün həmin təşkilatların fəaliyyətlərinə maneçiliklər yaratmağa başlayacaqlar.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button