ManşetSosial

Siqaret də bahalaşır: 20 qəpik

Bu gün ölkədə bütün dövlət rüsumları artırılıb. JAMAZ.İNFO xəbər verir ki, xaricdən gətirilən avtomobillərdən tutmuş, şəxsiyyət vəsiqəsinin dəyişdirilməsinə qədər bütün sahələrdə rüsumlar artırılıb.

JAMAZ.İNFO xəbər verir ki, rəsmi dairələ bu artımları əsaslandırmaq üçün tutarlı arqument gətirə bilmirlər. Deputatlar isə ümumiyyətlə, bu mövzudan yan gəzirlər. Çünki onların da əsaslandırmaq üçün heç bir arqumentləri mövcud deyil.

Bu əsnada, məlum olur ki, yaxın günlərdə siqaret və tütün məmulatlarının da qiyməti artırılacaq. Belə ki, qanunda edilmiş dəyişikliyə əsasən tütün və tütün məhsullarına tətbqi olunan aksiz dərəcələri və markaların qeydiyyatına görə rüsumlar da artırılır.

İlkin hesablamalara görə, belə bir artım siqaretin qiymətini 20 qəpik bahalaşdıracaq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button