ManşetÖlkə içi

Şikayətçilər: “Əziz Əzizov və Bədəl Bədəlov Suraxanıda satmadıqları torpaq saxlamayıblar”- FOTOLAR

Bir qrup Suraxanı rayon sakinləri icra başçısı Əziz Əzizov və SOCAR-ın sosial məsələlər üzrə vitse-prezidenti Bədəl Bədəlovda şikayətçi düşüblər. JAMAZ.İNFO-nun elektron poçtuna göndərilən məktubda onlar bildirirlər ki, Bədəlov və Əzizov SOCAR məxsus torpaqları satmaqla məşğuldurlar.

Onların iddiasına görə, Suraxanıda torpaq sahələrinin satışı prosesində icra başçısı ilə şirkətin vitse-prezident şərikli hərəkət edirlər. Onlar bununla bağlı konkret faktlara malik olduqlarını da bildiriblər. “Məsələn, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, döngə 2-də Neft Şirkətinə məxsus torpaqlar Əziz Əzizov və Bədəl Bədəlov tərəfindən zəbt edilərək, müxtəlif şəxslərə satılıb. Bu gün həmin ünvanda qeyri-yaşayış obyektləri və fərdi evlər inşa edilir. Halbuki, bu ərazilər Neft Şirkətinin  balansında olub”.

Onlar fakt kimi digər bir məsələni də göstəriblər. “İkinci fakt Hövsanda içərisində yüksək təzyiqli boru xətti keçəm tunelin və ətraf ərazilərin icra başçısı tərfindən satılması ilə bağlıdır. Tunel və onun ətrafındakı torpaqlarla bağlı təhlükəsizlik prinsipinin kobud şəkildə pozulsa da, bu nə icra başçısını, nə də Bədəl Bədəlovu narahat etmir. Əslində bu ərazilərin satılması, burada yaşayış və qeyri-yaşayış obyektlərinin  inşası qanunsuzdur”.

Şikayətçilər daha sonra onu da iddia ediblər ki, Əziz Əzizov Hövsan port deyilən ərazi ilə üz-üzə zeytunluq deyilən əraziləri də zəbt edib. “İcra başçısı bu ərazidə hər biri 30-40 sot olan bir neçə yeri ələ keçirərək, bunu öz yaxınlarının adına səndələşdirib. Qasımov küçəsindəki neftli ərazilər də icra başçısı tərəfindən zəbt olunub və hazırda burada qanunsuz tikililər gedir”.

Şikayətçilər bildirir ki, Əziz Əzizov xoşuna gələn, lakin müxtəlif vətəndaşlara məxsus olan torpaqları da zəbt edir. “İcra başçısı tabe qurumların köməyi ilə həmin vətəndaşları inandırmağa çalışır ki, guya onların adına olan bu torpaqların sənədləri qanunsuzdur. Buna görə də onlar bu torpaqlardan imtina etməlidir. Bir sözlə, Surxanı rayonunun Əziz Əzizov tərəfindən istilası davam edir”.

Sakinlər baş verənlərlə bağlı rəsmi qurumlara müraciət edərək, kömək istəyiblər.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button