GündəmManşet

Serj Sarkisyan: “Siz Qarabağın ermənilərdə qalıb, qalmayacağına qərar verməlisiz”

Ermənistanda parlament seçkilərinə bir gün qalmış bütün təbliğat və təşviqat işləri dayandırılıb. JAMAZ.İNFO xəbər verir ki, artıq seçkidə iştirak edən tərəflər xalqa son müraciətlərini də ediblər.

Qeyd edək ki, Ermənistan müxalifəti birmənalı olaraq bəyan edir ki, Paşinyan seçilməməlidir. Və onların hər biri bunu müxtəlif səpkidə izah etsə də, əsas vurğunu Qarabağ məsələsinin üzərinə qoyurlar.

Ermənistanın sabiq prezidenti Serj Sarkisyan da digərləri kimi, ermənilərə müraciət edib və ənənəvi olaraq, Qarabağ məsələsinin üzərində dayanıb. O deyib ki, seçki günü Ermənistan əhalisi Qarabağın ermənilərdə qalıb, qalmamasına qərar verməlidirlər.  “Biz ağır bir dövr yaşayırıq. Hazırkı hakimiyyət üç illik dövrdə bütün dəyərləri məhv etməklə bərabər, ölkəni də uçuruma gətirib çıxarıb. İki gün sonra seçkilərdir, hər biriniz vətındaşlıq borcunuzu yerinə gətirin. 20 iyunda hər şey sizdən asılı olacaq. Qarabağın ermənilərin olduğunu müəyyən etmək sizdən asılı olacaq. Siz iki gün sonra Sünik, Geqarkunik, Tavuş və Vaysor Dzorun Ermənistanda qalıb, qalmayacağına qərar verməlisiz. Bu hakimiyyət ölkəni dağıdıb. Müharibəyə getməklə Qarabağın böyük hissəsini düşmənə verib”.

P.S. Bu sarsaq elə zənn edir ki, Paşinyan gedib, Koçaryan gəlsə Qarabağ ermənilərdə qalacaq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button