GündəmManşet

Sergey Lavrov: “Qarabağ sovet vaxtı Azərbaycanın tərkibində olub”

“Qarabağ müharibəsinin tarixi onilliklərə gedib çıxır və Ermənistan uzun illər Azərbaycanın ətrafındakı 7 rayonu işğal edəndə, sonra isə məsələləri siyasi yolla həll etməkdən ümidsiz qalanda, Rusiya Ermənistanın əvvəlki rəhbərliyinin yaxşı dərk etmədiyi çoxsaylı variantları təklif edib. Habelə onlara məxsus olmayan işğal olunmuş əraziləri saxlamaq istəyini müsbət qarşılamadı”. JAMAZ.İNFO xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “RİA Novosti” saytına müsahibəsində deyib.

Lavrov bildirib ki, Azərbaycan özünə məxsus olan torpaqları qaytarıb. “Bəli, Azərbaycan ona məxsus olan torpaqları qaytarıb. İndi, həm Ermənistan, həm də Azərbaycan Avropa İttifaqı ilə birlikdə 1990-cı ilin dekabrında Alma-Ata Bəyannaməsində göstərilən şərtlərlə sülh müqaviləsi bağlamağa hazır olduqları barədə sənəd imzalayanda, bizim üçün sonrakı addımları atmaq üçün qərar vermək çətinlik yaradır. Çünki Alma-Ata Bəyannaməsində deyilir ki, yeni müstəqil dövlətlər arasında sərhədlər Ermənistan SSR və Azərbaycan SSR-in də daxil olduğu Sovet İttifaqının, ittifaq respublikalarının sərhədləri boyunca müəyyən ediləcək. SSRİ vaxtı Muxtar Vilayət Azərbaycan SSR-in tərkibində idi. Deməli, burada vəziyyət çoxşaxəlidir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button