GündəmManşet

Separatçılarla ruslar arasında narazılıq: Lentsov Nersisyana dolayı xəbərdarlıq edib  

Qarabağdakı erməni separatçıları ilə Rusiya sülhməramlı qüvvələri arasında narazılıq yaranıb. JAMAZ.İNFO xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Məlumatda deyilir ki, buna səbəb Rusiya sülhməramlı qüvvələrinin yeni komandanı Aleksandr Lentsovun Bakıya səfərindən sonra separatçıların “dövlət naziri” Qurgen Nersisyanın verdiyi açıqlama olub. Belə ki, ruslar separatçıların son zamanlar anti-Rusiya mövqeyindən çıxış etmələrini başa düşmədiklərini bildiriblər. “Rusiya sülhməramlılarının komandanlığına yaxın mənbədən öyrəndik ki, Rusiya tərəfi Qarabağda bəzi yüksək rütbəli məmurların da açıq şəkildə iştirak etdiyi anti-Rusiya əhval-ruhiyyəsinin formalaşması faktından narahatdır. Xüsusilə, Qurgen Nersisyanın ötən həftə Bakıya gedən Aleksandr Lentsovun Azərbaycan tərəfi ilə razılığa gələ bilmədiyi barədə bəyanatını anlamadıqlarını bildiriblər”.

“Hraparak” yazır ki, Qarabağdakı mənbələr deyirlər ki, hətta bəzi “hökumət dairələri” də çaşqınlıq içərisindədirlər. “Onlar bildirblər ki, “dövlət naziri”nin bazaar günü belə açıqlama verməsini qəti anlamayıblar. Hətta onlar bunun məqsədli şəkildə edildiyini də iddia edirlər. Həmin şəxslərin fikrincə, Nersisyanı Ermənistanın baş naziri Nikol Paşinyan idarə edir və onun dili ilə Qarabağda rusların fəaliyyətini gözdən salmağa çalışırlar”.

Qeyd edək ki, özünü “dövlət naziri” kimi təqdim edən Nersisyan açıqlamasında bildirib ki, “Müzakirələrin nəticələrinə görə, vəziyyətin müsbət dəyişməsi və 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatda nəzərdə tutulan şərtlərin bərpası ilə bağlı razılığa gəlmək mümkün olmayıb”.

Nersisyan həmçinin deyib ki, ən qısa zamanda yeni görüşün keçirilməsi planlaşdırılır. “Lakin görüşün harada, hansı formatda olması barədə açıqlama verməyib”.

Bu əsnada, erməni mediası yazır ki, Lentsov separatçıların bu hərəkətlərindən dolayı onlara xəbərdarlıq edib. Belə ki, rus komandan Qarabağda anti-Rusiya təbliğatının dayandırılmasını istəyib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button