GündəmManşet

Separatçıların Moskvadakı nümayəndəliyi bağlanılır

Hələ ötən əsrin 90-cı illərindən etibarən Moskvada fəaliyyət göstərən Qarabağdakı separatçıların “daimi nümayəndəliyi” yaxın günlərdə bağlana bilər. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Hraparak” qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, proses qısa zamanda reallaşmalıdır. Bundan sonra Qarabağ separatçılarını Rusiyada Ermənistanın bu ölkədəki səfirinin ikinci konsulu həyata keçirəcək. Həmin məlumata görə, bu posta Ermənistanın Rrusiyadakı səfiri Vaqarşak Harutyunyan öz yaxın adamlarından biri olan, 2021-ci ilin yanvar-iyul aylarında müdafiə nazirinin müavini vəzifəsində çalışmış Suren Saakyanın təyin olunmasını israr edib. Lakin Ermənistan XİN-də bu adama müsbət yanaşmırlar. Ona görə də, öz namizədlərini hazırlayırlar.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button