ManşetSiyasət

Separatçılardan etiraf: “Bu gün Qarabağda insanlar küçələrdə, qarajlarda, maşınlarda gecələyirlər”

Qarabağda məskunlaşmış ermənilər müharibədən sonra acınacaqlı duruma düşüblər. JAMAZ.İNFO xəbər verir ki, ciddi problemlərlə üzləşmiş ermənilərin bir çoxu Qarabağı tərk edərək, Ermənistan və Rusiyaya daşınıblar.

Qeyd edək ki, hələ bir müddət əvvəl rus sülhməramlıları da bəyan etmişdilər ki, bölgəni tərk edən ermənilərin sayı sürətlənib. Onlar bunun qarşısı alınmazsa, 3-4 ildən sonra Qarabağda demoqrafik vəziyyətin dəyişçəcəyini, bir çox ərazilərin boşalacağını vurğulamışdılar. Üstəlik qeyd etmişdilər ki, belə davam edərsə, boşalan əraziləri qorumağa gərək qalmayacaq, onlar həmin yerlərdən çəkiləcək və əraziləri Azərbaycanın nəzarətinə verəcəklər.

Bundan əlavə ermənilər yaşamağa yer də tapa bilmirlər. Həmçinin ciddi ərzaq qıtlığının olduğu da deyilir. Əvvəllər bu məsələlər gizli saxlanılsa da, sonradan gizlətmək mümkün olmayıb. Çünki əksər ermənilər artıq dilə gələrək, danışmağa başlayıblar. Hətta iş o yerə çatıb ki, yaşaya bilməyən, bir qarın ac, bir qarın tox yaşamaqdan bezmiş ermənilər Azərbaycana kömək üçün üz tutacaqlarını da gizlətmirlər. Hərçənd indiyə qədər Azərbaycana müraciət etmiş onlarla erməninin olduğu ən yüksək səviyyədə təsdiqlənib.

Qeyd edək ki, Qarabağdakı qondarma “parlament”in üzvü Metakse Akopyan Xankəndi və ətraf şəhərlərdəki vəziyyətlə bağlı maraqlı açıqlamalar verib. JAMAZ.İNFO xəbər verir ki, o, müharibə bitdikdən sonra Ermənistan tərəfdindən ayrılmış 1.7 milyard dram pulun otellər xərcləndiyini deyib. Məqsəd müharibə vaxtı aradan çıxmış, lakin döyüşlər bitəndən sonra geri qayıtrmış erməniləri yerləşdirmək olub. “Müharibədən 1 ay sonra mən kotejlərin sahibləri ilə danışdım. Lakin mənə dedilər ki, orada insanları yerləşdirmək mümkün deyil. Çünki Arayik Harutyunyan və adamları buna imkan vermirlər. Biz hamımız bilkirik ki, tikinti böyük biznesdir. Həmin biznse isə onların əlindədir. Lakin bir ildən çoxdur ki, bircə bina belə istismara verilməyib”.

Akopyan bilıdirib ki, 2024-cü ilə qədər Qarabağda mənzil problemləri həll olunmalıdır. “Bu sözdür. Həmin vaxta qədər nə qədər mənzil hazır olacaq məlum deyil. Faktiki olaraq, Qarabağda əhalinin mənzil problemi dəhşətli şəkil alıb. Bu gün Qarabağda onlarla insan var ki, evsizlik üzündən gündə qalmağa yer tapa bilmirlər. Onlar gündə bir adamın evində, küçələrdə, qaraşjlarda, maşınlarda gecələyirlər”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button