GündəmManşet

Separatçılara tərs şillə: “Oturun yerinizdə”

Ermənistanda son günlər Qarabağdan qaçmış separatçılar, onların İrəvanda mənzillənməsi və siyasi proseslərə qoşulması məsələsi ətrafında müzakirələr şiddətlənməyə başlayıb. JAMAZ.İNFO xəbər verir ki, ötən günlərdə spiker Alen Simonyan Qarabağ adlı “dövlət”in və onun “rəhbərləri”nin olmadığını bəyan etmişdi.

Dünən isə hakim “Mülki Müqavilə” Partiyasının Ermənistan parlamentindəki fraksiyasının rəhbəri Artur Hovhannisyan analoji bəyanatla çıxış edib. O deyib ki, Qarabağ məmurları və elitaları deyilən bir anlayışı qəbul etmir və onları tanımır. “Mən Qarabağın ləğvi ilə bağlı sənədi imzalayan və onun dağılması üçün hər şeyi edənləri elita hesab edə bilmərəm. Bəli, ermənilərin Qarabağa geri dönməsi məsələsi dalana dirənib. Lakin biz zamanında onlara deyəndə ki, gedin bunları Sofiyada görüşdə həll edin, bizi satqın adlandırdılar. Nəticədə, Yevlaxda boyun əyməli oldular. İndi gəlib Qarabağ ermənilərinin geri qayıtma ehtimalının olduğuna inandırmağa çalışanların hamısı avantüristlərdir, Ermənistanın boynuna yeni siyasi ip taxmaq üçün Ermənistanda gərginlik yaratmağa çalışırlar”.

Hakim partiyadan olan digər deputat Qaqik Melkonyan isə bir qədər də sərt danışıb. O deyib ki, Qarabağın artıq rəhbərliyi yoxdur. “Çünki Qarabağ ləğv edilib. Qarabağın rəhbəri olaraq özlərini təqdim edənlər isə İrəvanda özlərinə ikinci hökumət yaradıblar. Mitinqlərdə iştirak edirlər, altı aydır hakimiyyəti dəyişmək istəyirlər, amma görməyəcəklər”.

Onun sözlərinə görə, Qarabağdan könüllü köçən ermənilər Ermənistanda işləyə bilər, amma ölkənin işlərinə qarışa bilməzlər. “Burada yaşasınlar, işləsinlər. Amma məmləkətimizin işlərinə qarışmasınlar. Burada qonaq olduqlarını qəbul etsinlər. Ev sahibi olmaq barədə düşünməsinlər. 20 ildir ev sahibi olublar, ona görə ölkə bu vəziyyətdədir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button