GündəmManşet

Separatçılar təxribata başladılar: yeni “hərəkat” yaradılıb, Xankəndidə aksiya keçirilir- YENİLƏNİR

Qarabağdak ı separatçılar yenidən təxribata əl atıblare. JAMAZ.İNFO xəbər verir ki, onlar bu gündən etibarən Xankəndidə yeni bir hərəkata başladıqlarını bəyan ediblər.

Ardından isə Xankəndinin mərkəzi meydanında etiraz aksiyasına start veriblər. “Hraparak”ın yaydığı məlumata görə, hazırda şəhərin mərkəzinə minə yaxın adam toplaşıb. Onlara qondarma “dövlət naziri” Qurgen Nersisyan başçılıq edir. Aksiyaya separatçıların rəhbəri Arayik Harutyunyan da qoşulub.

Qarabağda əsas təxribatçılardan biri olan, Rusiyanın bölgədəki kuklası sayılan Ruben Vardanyan da yeni yaradılan “hərəkatı” dəstəklədiyini bəyan edib. O, qısa zamanda aksiyaya qoşulacağını bildirib.

Separatçılar bildiriblər ki, yeni yaradılan “hərəkat”ın məqsədi Laçın dəhlizinin açılmasına nail olmaqdır.

P.S. Qeyd edək ki, separatçıların bu addımı sonuncu çabalama cəhdindən başqa bir şey deyil. Onlar bununla ağıllarıyca, dünyaya “blokada” da olduqlarını göstərmək istəyirlər. Lakin qanmırlar ki, dünyan Qarabağı Azərbaycan ərazisi hesab edir və tanıyır. Orada yaşayan ermənilərə də rəsmi Bakı dəfələrlə xəbərdarlıq edib ki, vətəndaşlıq əldə etsinlər və reinteqrasiyaya başlasınlar. Əks təqdirdə, Azərbaycanın daxilində heç bir separatçı və terrorçu hərəkəata imkan verilməyəcək.

**

Qarabağ separatçılarının təşkil etdiyi aksiyada iştirak edənlər Qırmızı Xaç Komitəsinin ofisinə yürüş ediblər. Onlar komitənin ofisinə məktub təqdim etdikdən sonra, Xocalı şəhəri yaxınlığında yerləşən Rusiya sülhməramlı qüvvələrinin mərkəzi qərargahın da yürüş etməyi qərarlaşdırıblar.

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button