GündəmManşet

Separatçılar Moskvaya niyə axışır?

Qarabağda mənzillənmiş erməni separatçıları davamlı olaraq Moskvaya üz tuturlar. JAMAZ.İNFO xəbər verir ki, Arayik Haruityunyan, David Babayan və digərlərindən sonra, sözügedən terrorçulara müxalif olan David Qalstyan və dəstəsi də Rusiyada olublar.

Özünü “ədalət partiyası”nın rəhbəri kimi təqdim edən Qalstyan bildirib ki, onlar Moskvada QHT rəhbərləri, siyasətçilər və mədəniyyət xadimləri ilə görüşüblər. Əsas görüşləri isə Rusiya Federasiya Şurasında olub. Onun sözlərinə görə, səfərdən sonra Qarabağda Rusiya ilə əlaqələri daha da dərinləşdirmək məqsədi ilə yeni QHT yaratmağa hazırlaşırlar.

Qeyd edək ki, Qarabağdakı “müxalifət”in davamlı olaraq Rusiyaya üz tutması səbəbsiz deyil. Son zamanlar, separatçıların rəhbəri Arayik Harutyunyanın istefa verəcəyinə dair xəbərlər yayılıb. Hətta Arayikin yaxın adamları da bunu inkar etmirlər. Belə olan vəziyyətdə onun yerini tutmağa çalışanlar arasında David Qalstyan da var. Elə Qalstyan və dəstəsinin Moskvaya getməsi də Kremldən bu razılığı almaq məqsədi güdə bilər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button