ManşetÖlkə içi

Separatçılar Moskvaya gedir: Putinlə görüşəcəklər

Praqa görüşündən sonra Xankəndidə ermənilər tikan üstündə oturublar. Arayik Harutyunyan və başının dəstəsinin Ermənistana getməsi, orada baş nazir Nikol Paşinyanla görüşməsi də Qarabağdakı ermənilərin qorxularını azaltmayıb. JAMAZ.İNFO xəbər verir ki, artıq Xankəndində qorxu və təlaşla yanaşı, köç üçün hazırlıq görülməsinə dair məlumatlar da mövcuddur.

Qarabağdakı ermənilər bildirirlər ki, Nikol Paşinyan Arayikə açıq şəkildə deyib ki, özləri özlərinin çarəsinə baxsınlar və Ermənistandan hər hansı kömək gözləməsinlər. Həmçinin şikayətlərinin də İrəvana deyil, Moskvaya bildirsinlər.

“Fakt” qəzetinin yaydığı məlumata görə, Paşinyan-Harutyunyan görüşündən sonra tədirgin olan və qorxuya düşən bir qrup separatçı isə Moskvaya yola düşməyə hazırlaşır. Nəşrin yazdığına görə, həmin şəxslər Qarabağın gələcəyi barədə dəqiq məlumat almaq üçün Kreml rəsmiləriilə görüşmək istəyirlər. Hətta Moskvada onların görüşlərini təşkil etmək üçün hazırlıqlara da start verilib. O da deyilir ki, separatçıların nümayəndələri Rusiya prezidenti Vladimir Putinlə də görüşəcəkləri ehtimal edilir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button