ManşetSiyasət

Separatçılar Moskva danışıqlarını necə pozublar?- “Kommersant” təfərrütları yazıb

Rusiyanın məşhur ” Kommersantъ” qəzeti Moskva, Bakı və İrəvan arasında Laçın dəhlizinin açılması məsələsi ilə bağlı rəsmi danışıqların təfərrüatlarını təqdim edib. JAMAZ.İNFO xəbər verir ki, qəzet bu zaman Kremldəki etibarlı mənbəsinə istinad edib.

“Kommersant” yazır ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov həm Azərbaycan, həm də Qarabağ erməniləri tərəfindən ilkin olaraq razılaşdırılan variant təklif edib. ”Lavrovun təklifinin mahiyyəti ondan ibarət idi ki, əvvəlcə Ağdamdan keçən yol açılmalı və lazımi humanitar yüklərin BQXK vasitəsilə çatdırılmasına başlanmalıdır. Moskvanın təklifinə əsasən Ağdamdan nəqliyyatın hərəkətinə başlayandan düz bir gün sonra Laçın dəhlizi ilə də nəqliyyatın hərəkəti bərpa olunacaqdı. Bu versiya yüksək səviyyədə hazırlanmışdır”.

Lakin mənbə bildirib ki, Xankəndi erməniləri bundan sonra şərt irəli sürüb ki, Laçın 24 saatdan sonra deyil, dərhal, Ağdam yolu ilə paralel açılsın. Daha sonra ermənilər bəyan edib ki, Azərbaycan məhsulları Ağdamdan gətirilməməlidir. Bu azmış kimi, ermənilər Vaqif Xaçatryanın dərhal azadlığa buraxılmasını da tələb ediblər. Bunun ardından qalmaqal yaranıb. Nəticədə heç bir kompromis əldə olunmadı”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button