Bir neçə gün əvvəl Qarabağdan Ermənistana keçməyi bacaran qondarma xuntanın sonuncu “rəhbəri” Samvel Şahramanyan İrəvanda “müşavirə” keçirib. JAMAZ.İNFO “Hraparak” qəzetinə istinadən xəbər verir ki, Şahramanyanın “tədbiri”nə Qarabağdan köçmüş köhnə “komanda”nın bir qrup üzvü qatılıb.
O bildirib ki, hazırda əsas hədəfləri Qarabağdan Ermənistana könüllü köçmüş ermənilərin problemlərini həll etməkdir. Bunun ardından isə o, ikinci hədəf kimi Azərbaycan tərəfindən həbs edilən qondarma “prezident”lərin azadlığa buraxılması üçün addımlar atmaqdır. “Bu məsələdə Ermənistan hökuməti ilə birlikdə hərəkət edəcəyimizi düşünürəm”.
Şahramanyan daha sonra deyib ki, bundan sonra qondarma “dqr”in fəaliyyət göstərməsi üçün də addımlar atacaqlar.
Qeyd edək ki, Şahramaanyan Xankəndidə olarkən xuntanın buraxılması ilə bağlı “fərman” imzalayıb. Daha sonra isə o, Ermənistana keçərək, qondarma “dqr”i yaşatmaq üçün çalışmağa başlayıb. Güman ki, onlar “mühacirət hökuməti” yaradacaq, bununla da “oyunları”na davam edəcəklər.
Lakin bu axmaqlar hələ də dərk etmirlər ki, o dövr bitdi. Bir daha arzuladıqları “Artsax” olmayacaq. Bunun üçün nə imkanları, nə potensialları, nə gücləri, nə də ağılları var. Digər tərəfdən, separatçıların Ermənistana toplaşıb, orada Azərbaycan əleyhinə fəaliiyət göstərməsi, İrəvanla onsuz da pis olan münasibətləri daha da gərginləşdirəcək.
Qarabağı Azərbaycan ərazisi kimi tanıyan Paşinayn hökuməti vəziyyətin daha gərgin şəkil almaması üçün addımlar atmalıdır. Əks təqdirdə, bu vəziyyətin daha dramatik şəkil almasına gətirib, çıxara bilər.