ManşetSiyasət

Separatçılar indi də “Müdafiə Komitəsi” yaradırlar: Babayan və Vardanyan da orada təmsil olunacaq

Xəbər verdiyimiz kimi, Qarabağdakı separatçılar vəziyyətdən çıxmaq, yeni münaqişə ocaqları yaratmaq üçün ciddi cəhdlə çalışmalara başlayıblar. JAMAZ.İNFO xəbər verir ki, vaxtıyla Qarabağda özünü “təhlükəsizlik şurası”nın rəhbəri kimi təqdim edən Samvel Babayan bir xeyli aktivləşib.

O, özünə partiya yaradıb və hazırda Xankəndidə Arayik Harutyunyanın əsas müxaliflərindən biri hesab olunur. Üstəlik, Samvel Qarabağın “dövlət naziri” olmaq niyyətini də tələb şəklində ortaya qoyub.

Amma separatçıların fəallaşması təkcə Babayanla kifayətlənmir. Bu sırada Kremlin adamı Ruben Vardanyan da var. JAMAZ.İNFO xəbər verir ki, dünən Vardanyan “Qarabağın Təhlükəsizliyi və İnkişafı Cəbhəsi” adlı hərəkat yaratdığını bəyan edib. O bildirib ki, Qarabağda vəziyyəti düzəltmək və onu Azərbaycandan ayırmaq üçün 77 bənddən ibarət “yol xəritəsi” hazırlayıblar.

Bu gün isə məlum olub ki, Vardanyanla yaxşı münasibətlərə malik olan, hətta onun hərəkatında təmsil olunan, Qarabağdakı qondarma “parlament”in spikeri Artur Tovmasyan da yeni bir cəhddə bulunub. JAMAZ.İNFO xəbər verir ki, Tovmasyan tələb edib ki, Arayik Harutyunyan ya Ruben Vardanyan və Samvel Babayanın da təmsil olunduğu Müdafiə Komitəsi yaratmalı, ya da “etimad referendumu” keçirərərk, istefaya getməlidir.

Erməni mediası bununla bağlı yazır ki, “Müdafiə Komitəsi” 90-cı illərin modeli üzrə formalaşdırılması Qarabağdakı separatçıların bütün səlahiyyətləri, qüvvə və resursları onlara veriləcək. “Həmin komitə bir gün qərar verə bilər ki, Azərbaycanla danışıqlar aparacaq. Və ya seçilmiş rejim xalqın iradəsini ifadə etmir və istefa verməlidir və s”.

“Hraparak” yazır ki, Tovmasyan bu bəyanatı ilə Qarabağda seçkilərin keçirilməsinin mümkün olmaması ilə bağlı indiyə qədər səsləndirlən iddiaların yalan olduğunu nümayiş etdirib. “Müharibədən sonra müxalifət seçki məsələsini gündəmə gətirəndə, Arayik Harutyunyan və adamları indiki şəraitdə seçkiyə getməyin təhlükəli olduğunu deyirdilər. Onlar hətta Qarabağın “hökumətsiz” ala biləcəyini də vurğulayırdılar. Lakin Müdafə Komitəsi yaranarsa, səlahiyyətlər onlara verilərsə, o zaman Qarabağda “hökumət” ümumiyyətlə, olmayacaq. Çünki onların səalhiyyəti komitədə olacaq”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button