ManşetSiyasət

Separatçılar dinc oturmurlar: “Qarabağ heç vaxt Azərbaycanın tərkib hissəsi olamayacaq”

Qarabağdakı separatçılar heç bir vəchlə Azərbaycanla anlaşmaq fikrində deyillər. 44 günlük Vətən Müharibəsi zamanı aldıqları ağır zərbədən də nəticə çıxarmaq fikirləri yoxdur. Ona görə də, Xankəndidə rus sülhməramlılarının qucağında əyləşmiş bu məxluqlar mütəmadi olaraq, Bakının əsəbləri ilə oynamaqda davam edirlər. Amma hara kimi və nə vaxta qədər?

Özünü qondarma “DQR”in “xarici işlər naziri” kimi təqdim edən David Babayan yenə açıqlama verib və öz sarsaq fikirlərindən qalmayıb. O hesab edir ki, Bakının nə deməsindən asılı olmayaraq, hər şey onların istədiyi kimi olmayacaq. Üstəlik, bunu əmiliklə iddia edir ki, Qarabağ heç vaxt Azərbaycanın tərkib hissəsində olmayacaq. “Əgər Azərbaycan hər hansı bəyanat verirsə, bu, onun həqiqət olduğunu deməyə əsas vermir. Nə qədər ki, Qarabağ münaqişəsi həll olunmayıb, Qarabağ o qədər də yaşayacaq. Və Qarabağ heç vaxt Azərbaycanın tərkib hissəsi olmayacaq. Çünki bunun əksi baş verərsə, yəni Qarabağ Azərbaycanın tərkib hissəsi olarsa, bura bir ehtiyat və ya toplanış düşərgəsinə çevriləcək”.

Babayanın sözlərinə görə, Azərbaycanın “Qarabağ münaqişəsi bitib” deməklə, 44 günlük müharibənin nəticələrinə əsaslanır. Oo hesab edir ki, Azərbaycan müharibədə Qarabağın ciddi itkilər verdiyini, subyekt olmaqdan çıxdığını və yeni bir mərhələnin başlayacağı inamına əsaslanır.

“Biz münaqişəni Qarabağ-Azərbaycan münaqişəsi olaraq qeyd edirik. Çünki bu münaqişə bizimlə Azərbaycanın arasındadır. Lakin onlar bu məsələni “erməni-azərbaycanlı” münaqişəsi kimi təqdim edirlər. Bununla da Ermənistanın Azərbaycana qarşı ərazi ambisiyaları olduğuna işarə edirlər. Hazırda Bakı ikinci mərhələyə start verib. “Zəngəzur məsələsi” adı ilə prosesə başlayıblar. Hətta “Şərqi Zəngəzur iqtisadi rayonu”nu yaradıblar. Hətta ora Qarabağ torpaqlarından da əlavə ediblər. Halbuki həmin ərazilərin Zəgəzura heç bir aidiyyatı yoxdur”.

Qarabağdakı erməni separatçılarının nümayəndəsi hesab edir ki, əgər Azərbaycan Şərqi Zəngəzur adlı rayon yaradıbsa, deməli, hədəfində Qərbi Zəngəzur yaratmaq da var. “Bu isə Sünik vilayətinə iddia etməkdir”.

Babayan bununla da qalmayıb, daha uzaqlara gedərək deyir ki, nəticə etibarı ilə Qarabağ problemi tədricən aradan çıxmağa başlayacaq. Onun yerini isə Azərbaycanın yeni torpaq iddiaları tutmağa başlayacaq. “Bütün bunlara baxmayaraq, Minsk Qrupu həmsədrləri işlərini davam etdirəcəklər. Çünki bu, münaqişənin həlli üçün yeganə format budur. Danışıqların tam bərpa olunması üçün vaxt lazımdır. Qarabağın danışıqlar masasına qayıtması həmişə ən vacib işimizdir. Bundan başqa heç bir seçim yoxdur”.

P.S. David Babayan öz xəyalları ilə yaşayır. O xəyal edir ki, Qarabağ adında bir “respublika” olacaq və onlar da 3000 kvadrat kilometr ərazidə “dövlət” sahibi olacaqlar. Bu azmış kimi, 30 ildir talamaqda olduqları əraziləri yenə talamaq həvəsindədirlər. Lakin Babayan unudur ki, bu heç vaxt olmayacaq. O və başının dəstəsi yaxın vaxtlarda Qarabağı tərk edib, Ermənistanda yaşayacaqlar. Çünki belələrinə Azərbaycan ərazisində yer yoxdur və olmayacaq. Onun ürəyindən keçən “Azərbaycanın tərkib hissəsi olmayacaq” arzusu da elə ürəyində qalacaq.

Yox, bununla razılaşmayıb, müqavimət göstərəcəklərsə, o zaman qarşılarında Azərbaycan Ordusunu görəcəklər. 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button