ManşetSiyasət

Separatçılar arasında ikitirəlik düşdü: “Arayik imitasiya edir, mübarizə aparmır”

Xəbər verildiyi kimi, Qarabağdakı erməni separatçıları Laçın dəhlizinin açılması tələbi ilə Xankəndidə oturaq aksiyaya başlayıblar. JAMAZ.İNFO xəbər verir ki, separatçşıların rəhbəri Arayik Harutyunyan dünən iki gün öncə bəyanat verərək, həmin aksiyaya qatıldığını açıqlayıb.

Lakin onun bu hərəkəti separatçılar arasında birmənalı qarşılanmayıb. Xüsusuən də Arayikin “bir həftə ərzində vəziyyət düzəlməsə, sərt tədbirlərə əl atacağıq” deməsi, bir çox separatçıların geri çəkilməsinə səbəb olub. Çünki onlar Harutyunyanın hansı avanturaya gedəcəyini bilmədiklərini vurğulayırlar. Nəticədə, hazırda separatçılar arasında ikitirəlik yaranıb.

Qarabağdakı separatçıların keçmiş “baş naziri” Anuşavan Danielyan bildirib ki, o, nə baş verdiyini anlamağa çalışır. “Mən bəzi epizodları başa düşməliyəm”.

Qondarma “parlament”in “deputatı”, özünü partiya sədri kimi təqdim edən Aşot Qulyan da bildiriub ki, baş verənlərlə bağlı  konkret fikri yoxdur. “Biz əvvəlcə Arayik Harutyunyanla görüşməliyik. Yalnız görüşdən sonra danışa bilərəm. Fakt odur ki, hazırkı proseslər anlaşılmazdır. Harutyunyanın yaxşı addım atdığını da deyə bilmərəm”.

Özünü “partiya sədri” kimi təqdim edən daha bir separatçı Davit Qalstyan isə bildirib ki, hal hazırda seçilmiş mübarizə forması mənasız və əhəmiyyətsizdir. “Əsas günahkarın qarşısında tələb qoymaq lazımdır və həmin ünvan Nikol Paşinyandır. Nə qədər ki, konkret tələb yoxdur, bu hərəkət şübhə doğurur. Bu, sadəcə, imitasiyadır, amma real mübarizə deyil”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button