ManşetÖlkə içi

Separatçılardan aksiyaçılarla qarşı təxribat cəhdi: aksiyanı zorla dağıtmaq istəyirmişlər

Dünən axşam saatlarında Qarabağdakı separatçıların nümayəndələri və qondarma “parlament”in bir qrup üzvü aksiya keçirən Azərbaycan QHT və media nümayəndələrinin qarşısını kəsmək üçün Laçın dəhlizinə çıxmaq istəyiblər. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Hraparak” qəzeti məlumat yayıb.

Həmin məlumatda deyilir ki, ermənilər bu məqsədlə yola çıxsalar da, onları rus sülhməramlıları qarşılayıb və geri qayıtmalarını tələb ediblər. Qəzet yazır ki, rus sülhməramlılarının komandanı Andrey Volkov separatçılara xəbərdarlıq edib ki, onlar nə danışıqlarda iştirak edə, nə də etiraz keçirilən yerə yaxınlaşa bilərlər. “Azərbaycan tərəfi Qarabağ ermənilərinin danışıqlarda iştirakının əleyhinədirlər. Ona görə də, onların bu prosesdə iştirakına icazə verilmir. Əks təqdirdə, gücdən istifadə etməli olacaqları barədə xəbərdarlıq da ediblər”.

“Hraparak”ın yazdığına görə, Volkov separatçılara onu da bildirib ki, atılacaq addımlarla bağlı Moskvadan təlimat alacaqlar. “Volkov bildirib ki, bundan sonra atılacaq addımlar barədə Moskvanın tapşırıqlarını gözləyirlər. Həmçinin bu məsələnin siyasi qərar tələb etdiyini və azərbaycanlıların da Laçın dəhlizindən zorla çıxarmaq fikrində olmadıqlarını da diqqətə çatdırıb”.

Lakin Qarabağdakı qondarma “parlament”in nümayəndələri sakit durmayaraq, rus sülhməramlılarından aksiya keçirən azərbaycanlılara qarşı sərt tədbirlər görmələrini tələb etməkdə davam ediblər. Dünən axşam saatlarına onlar bəyanat yayaraq, tələblərini dilə gətiriblər. “Biz Rusiya sülhməramlılarını üçtərəfli saziş çərçivəsində ən sərt tədbirlərlə azərbaycanlıların qarşısını almağa çağırırıq”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button