ManşetSiyasət

SEPAH-dan Bakıya təhdid: “İrana qarşı təhdidlər Azərbaycan üçün təhlükə yaradar”

“Azərbaycan rəhbərliyinin İsraillə qarşılıqlı əlaqəsi Azərbaycanın varlığı üçün təhlükəyə çevrilə bilər”. JAMAZ.İNFO Mehr Agentliyinə istinadən xəbər verir ki, bu sözləri Təbrizdə səfərdə olan SEPAH-ın komandanlarından biri Hüseyn Purismayıl deyib.

Onun sözlərinə görə,  Bakının Tehran əleyhinə bəyanatlarının arxasında əslində İsrail dayanır. “İsrailin İrana qarşı Azərbaycan hakimiyyəti tərəfindən səsləndirdiyi təhdidlər nəinki Bakının maraqlarına ziddir, həm də öz varlıqları üçün təhlükə yaradır. Yaxın tarix ABŞ və İsrail tərəfinə güvənən liderlərin taleyinin necə olduğunu açıq göstərir”.

Qeyd edək ki, son bir aya yaxın müddətdir ki, İranla Azərbaycan arasında münasibətlər xeyli gərginləşib. Buna səbəb Tehranın açıq şəkildə nəinki Ermənistanı, həm də Azərbaycan ərazisində məskunlaşşış erməni separatçılarını dəstəkləməsidir. Belə ki, İran davamlı olaraq Qarabağa müxtəlif yüklər göndərərək, Xankəndidəki separatçıların ehtiyaclarını qarşılamağa çalışır.  Bununla əlaqədar rəsmi Bakı Tehrana bir neçə dəfə xəbərdarlıq etsə də, heç bir dəyişiklik baş vermədi. Yekunda Azərbaycan Qafan-Gorus yolunu bağlayaraq, İrandan Ermənistana və oradan da Xankəndinə gedən yüklərin daşınmasının qarşısını aldı.

Bildirək ki, bu proseslərin ardında İran tərəfi cənub sərhədlərimizdə təcili olaraq hərbi təlimlərə başladı. Bununla bağlı verilən açıqlamalardan da aydın görünür ki, Tehran bütün bunlarla Azərbaycana əzələ nümayiş etdirmək istəyir. Daha sonra isə bunu açıq şəkildə dilə gətirməyə başlayıb.

SEPAH komandanının son açıqlaması isə birbaşa təhdid hesab oluna bilər. Çünki Purisymayıl dolayı yolla bəyan edib ki, Azərbaycana qarşı hərbi variant nəzərdən keçirilir və zərurət olarsa, bui addımı ata bilərlər.

Paralel olaraq, bunun üçün əfsanə də yaradıblar. Həmin əfsanə də ondan ibarətdir ki, guya, bütün bu işləri Bakı İsrailin dediyi ilə edir. Halbuki rəsmi Bakının İrana qarşı tutduğu mövqedə haqlıdır. Çünki İran mütəmadi olaraq Qarabağdakı separatçılara dəstək verməklə Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik edir və prosesdə qızış.dırıcı mövqe nümayiş etdirir.

Hərbi müdaxilə məsələsinə gəldikdə isə İran indiki məqamda bunu etmək gücündə deyil. Bunun üçün çeşidli səbəblər var. Həmin səbəblər sırasında daxili və xarici amillər də mövcuddur.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button