GündəmManşet

Samvel Babayandan sarsaqlama: “Azərbaycan müharibə edəcək gücdə deyil”  

Erməni siyasətçilər cəmiyyəti aldatmaq, yenidən müharibəyə sövq etmək üçün dəridən-qabıqdan çıxırlar. Onlar hər vəchlə 44 günlük müharibədə məğlub olmadıqlarını, ermənilərin “məğlubedilməz xalq” olduqları kimi sərsəm fikirlər səsləndirməklə əhalini qızışdırırlar. Bir sözlə, daha böyük itkiləri olacaq müharibəyə çağırılar.

JAMAZ.İNFO xəbər verir ki, belə çağırış edənlərdən biri də Qarabağdakı erməni terrorçuların nümayəndəsi, Xocalı qətliamının iştirakçılarından biri Samvel Babayandır. Babayan Qarabağda törətdiyi cinayətlərdən doymayıb, bu dəfə Ermənistanda lövbər salaraq, müharibə çağırışları edir. Ötən gün erməni mediasına açıqlama verən Babayan iddia edib ki, Azərbaycan çüharibə edəcək gücdə deyil. “Ermənistanda belə müzakirələr də gedir ki, əgər İrəvan sülh sazişinə imza atmasa, Azərbaycan müharibə edəcək. Belə bir şey mümkün deyil. Müharibə olmayacaq. Sizi aldadırlar. Azərbaycan hələlik dözür. Lakin bu dözzümlülük uzun sürməyəcək və təslim olacaq. Əlimdə kəşfiyyat və digər məlumatlar var. Onlara əsaslanıb belə deyirəm. Bir daha təkrar edirəm: Azərbaycan müharibəyə hazır deyil, uşaqlar. Qorxmayın, sakit olun”.

Qeyd edək ki, bu həmin Samvel Babayandır ki, 44 günlük müharibədə vəziyyətin ağır olduğunu, Ermənistan ordusunun darmadağın edildiyini görüb, gecəylə Xankəndidən İrəvana qaçmışdı. Türkiyə kəşfiyyatı isə Babayan və daha bir neçə yüksək çinli məmurun İraq və Suriyadakı kürd terrorçu dəstələri ilə danışıqlar apardığına dair sənədləri yaymışdı. Həmin sənədlərdə qeyd olunurdu ki, Babayan və başının dəstəsi müharibədən əvvək PKK terror təşkilatının rəhbərləri ilə danışıq apararaq, onları Qarabağda Azərbaycan Ordusuna qarşı döyüşməyə dəvət etmişdi. Təbii ki, pul qarşılığında. PKK-çıların Qarabağda döyüşdüyü isə artıq təsdiq olunub.

Müharibədən sonra isə Babayan və dəstəsi Qarabağda qalmış hərbi texnika və silahları PKK-ya satmaq üçün danışıq apararaq, bunu reallaşdırmışdı.

İndi bu adam durub iddia edir ki, Azərbaycan Ordusu müharibə etmək mücündə deyil. O necə gücsüz ordudur ki, iki əsgəri Şurnuxuda, Qara göldə qışqıran kimi, az qala bütün Sünik əhli və bölgədəki erməni ordusu qaçmağa başlayır. Və o necə gücsüz ordudur ki, Yaşmanın, xüsusi təyinatlılarımızın adı gələn kimi, erməni əsgərinin qorxusundan ürəyi dayanır.

Babayan və adamları bir daha müharibə istəyirlərsə, buyursunlar. Bizə hava xoşdur. Uzaqbaşı, 4 gün çəkəcək. O zaman Ermənistan əsgərinin milçək kimi qırılacağına bir daha şahid olacaqlar.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button