ManşetÖlkə içi

Samvel Babayan da hərəkat yaradır: Arayiki devirmək üçün  

Qarabağdakı separatçıların nümayəndəsi, qondarma “təhlükəsizlik şurası”nın keçmiş rəhbəri Samvel Babayan bölgədə yeni hərəkat yaratmaq qərarı verib. JAMAZ.İNFO “İravunk”a istinadən xəbər verir ki, Babayan qondarma “dövlət naziri” postunu Arayik Harutyunyandan ala bilmədikdən sonra belə qərara gəlib.

Lakin Babayanın bu dəfəki məqsədi “dövlət naziri” olmaq yox, Qarabağda “hakimiyyəti” dəyişdirməkdir. Nəşrin yazdığına görə, o, bölgədə yeni görüşlərə start verib və bir çox təklifləri müzakirəyə çıxarıb. Amma bu hərəkata nə zaman start verəcəyi məlum deyil.

Qeyd edək ki, bir neçə gün əvvəl Babayan yaydığı videomüraciətində Qarabağda hər hansı “vəzifə” tutmayacağını açıqlamışdı. O bildirmişdi ki, hətta ona təklif etslər belə, bunu qəbul etməyəcək. “Mən artıq heç bir müzakirəyə getməyəcəm. Xahiş etsələr belə, əvvəllər haqqında danışdığım “dövlət naziri” postunu belə qəbul etmək fikrində deyiləm”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button