GündəmManşet

Samvel Babayan: “Bakı ilə Xankəndi arasında birbaşa danışıqlar başlamalıdır”

“Xankəndi ilə Bakı arasında birbaşa danışıqlara başlamaq, qarşılıqlı inam yaratmağa çalışmaq lazımdır”. JAMAZ.İNFO xəbər verir ki, bunu Qarabağdakı separatçıların nümayəndəsi Samvel Babayan deyib.

O bildirib ki, bu danışıqlar qarşılıqlı etimad yaratmağa, müxtəlif sadə  məsələlərdə razılığa gəlməyə, insanların sakit və normal yaşamasını təmin etməyə lazımdır. “Bundan sonra ikinci mərhələyə keçmək olar. Yəni, status və digər məsələləri müzakirə edə bilərik. Əgər qarşılıqlı etimad yoxdursa, sizi əmin edirəm ki, bir 30 ildə çalışsaq, heç nəyə nail olmayacağıq. Gəlin daha 30 gün danışıqlar aparaq. Heç nə itirməyəcəyik. Azərbaycan nə qədər çəhd edib, Rusiyanı buradan çıxarmağa çalışsa da, bizdə qarşılıqlı inam olmasa, uğur qazana bilməz”.

O iddia edib ki, Azərbaycanın məqsədi Qarabağ erməniləri ilə vasitəçisiz, ikitərəfli danışıqlar aparmaqdır. “Mən Qarabağda olan 2-ci siyasi qüvvənin rəhbəri olaraq bunun əleyhinə deyiləm. Amma ilk növbədə hansı məqamlarda danışıqlar aparacağımızla bağlı sənədi formalaşdırmalıyıq, sonra qalan məsələlərə keçməliyik”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button