ManşetSiyasət

Saman çöpündən yapışan erməni deputat, Qriqoryanın sarsaqlaması və müharibə təlaşı

Ermənistan müxalifəti baş nazir Nikol Paşinyanı devirmək üçün bütün imkanlardan istifadə etməyə çalışır. JAMAZ.İNFO xəbər verir ki, bunun üçün onlar hətta avanturaya belə gedirlər.

Bir müddət kütləvi aksiyalar keçirərək, bununla istəklərinə nail olmağa çalışdılar. Hərçənd yenidən İrəvanda aksiyaların start götürdüyü deyilir. Lakin lazımi dəstək ala bilmədiklərindən istəklərinə nail ola bilmirlər.

Buna paralel olaraq, müxalif liderlər nə qədər sarsaq, mənasız və ən əsası erməni cəmiyyətini qızışdıran açıqlamalar verməkdən də çəkinmirlər. Məsələn, onlar iddia edirlər ki, Azərbaycan müharibəyə hazırlaşır, hətta bəziləri bunun yaxın vaxtlarda olacağını deyir.

Bu gün isə Ermənistan parlamentinin deputatı Vahe Qriqoryan lap “uzaqlara” gedərək, daha bir yalan məlumat yayıb. O özünün Facebook hesabında yazıb ki, guya, Azərbaycanda yaşı 50-dən aşağı olan şəxslərin respublikanı tərk etməsi qadağan edilib. “Bunun növbəti addımı təbii ki, ümumi və ya qismən hərbi xidmətə çağırış olacaq. Düşmənin kimə qarşı yeni müharibəyə hazırlaşdığını təxmin etmək çətin deyil. Təbii ki, sülh diləyənlərə qarşıolacaq. Əlvida, Ermənistan”.

Qeyd edək ki, Qriqoryan sözün həqiqi mənasında sarsağlayıb. Əvvəla Azərbaycanda nəinki yaşı 50-yə kimi, ümumiyyətlə, heç kimin ölkədən çıxışına qadağa qoyulmayıb. İkincisi, Azərbaycan heç kimlə müharibə etmək fikrində deyil. Üçüncüsü, Azərbaycan əgər Ermənistana qarşı müharibəyə başlayarsa, bunun üçün 50 yaşlılara ehtiyac belə yoxdur. Mahşallah, ölkədə şir kimi oğlanlar məsələni qısa müddətdə həll etmək gücündədirlər.

Qriqoryanın bu açıqlaması erməni cəmiyyətinə hesablanıb. Aydın məsələdir ki, onun niyyəti Ermənistanda bu tip təbliğat aparmaqla, ortalığı qarışdırmaq, erməniləri meydana çəkmək və aksiyalarını böyütmək niyyəti güdür. Ermənilərin necə yalançı biri olduğunu deməyə isə gərək yoxdur.

Vahe və dəstəsinin durumu isə suda batan meymunun balasını ayaq altına qoymasına bənzəyir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button