ManşetÖlkə içi

Sadə ermənilər İrəvan elitasını şoka saldı: “Bizim azərbaycanlılarla problemimiz yoxdur”- SORĞU 

Ermənistan siyasi elitası yüz illərdir Azərbaycan xalqına düşmənçilik nifaqı səpsələr də, onların arasından, xüsusən sadə ermənilərin bir çoxu bu fikirləri ya qəbul etmir, ya da yaxına buraxmır. JAMAZ.İNFO  verir ki, bu günlərdə Ermənistanda keçirilmiş sorğudan da aydın görünür ki, yaşlı nəsil belə azərbaycanlılarla birlikdə yaşamağın əleyhinə deyil.

Belə ki, “Oragir” saytı Ermənistanın Meqraşat qəsəbəsində keçirdiyi sorğu zamanı müəyyən edib ki, oradakı ermənilər azərbaycanlılarla birgə yaşamağa isti baxırlar.  64 yaşlı Tonik Xaçatryan deyib ki, onlar əvvəllər də azərbaycanlılarla birlikdə yaşayıblar: “Əvvəllər türklərlə bir yerdə çox yaxşı yaşamışıq, yenə də yaşayacağıq. Qonşunla ünsiyyət qurmalısan, mənim adi insanlarla nə problemim olacaq? Bizim azərbaycanlılarla nə problemimiz ola bilər ki?”

Qeyd edək ki, erməni saytının bu nəticələri açıqlamasından sonra Ermənistan siyasi elitası şoka düşüb. Səbəb isə uzun zamandır ant-azərbaycançılıq təbliğatı aparan elitanın bütün ümidlərinin boşa çıxmasıdır. Onlar yerli dinc ermənilərin azərbaycanlıları qəbul etməyəcəyini düşündükləri halda, tam əks mənzərə ilə qarşılaşıblar.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button