ManşetSosial

Saatlıda etiraz: Pensiya, əlillik, torpaq və sudan şikayətçidirlər

Bu gün, mayın 19-da səhər saatlarında bir qrup Saatlı rayon sakini yerli icra hakimiyyətinin qarşısına toplaşaraq şikayətlərini ifadə ediblər. JAMAZ.İNFO Azadliq.org-a istinadən xəbər verir ki, onlar, əsasən, pensiyanın verilməsində, əlilliyin müəyyən edilməsində, torpaq və suvarma işlərində qanun pozuntularından şikayətləniblər.
Şikayətçilərin iddiasına görə, onların müraciətinə ya baxılmır, ya da digər təşkilatlara göndərilir və sondan həll edilməmiş qalır. Onlar rüşvət və korrupsiyadan da narazılıqlarını ifadə ediblər.
Hələlik, baş verənlərə Saatlı rayon İcra Hakimiyyətindən münasibət almaq mümkün olmayıb. Amma şikayətçilərdən bəzilərinin icra hakimiyyətində qəbul edildiyi deyilir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button