GündəmManşet

Sərsəng Su Anbarı ermənilərin əlindən çıxdı: Bakının yeni planı

Uzun illər ermənilərin əllərində Azərbaycana qarşı rıçaq olaraq istifadə etdiyi Sərsəng Su Anbarı yaxın vaxtlarda əhəmiyyətini itirməli olacaq. JAMAZ.İNFO xəbər verir ki, bununla bağlı Azərbaycan tərəfi yeni bir layihəyə start verib.

Qeyd edək ki, Sərsəng su anbarı 1976-cı ildə Tərtərçayın üzərində, keçmiş Ağdərə, indiki Tərtər rayonu ərazisində inşa edilib. Onun ümumi su tutumu 560 mln m³, bəndinin hündürlüyü isə 125 m-dir. Su anbarı respublikanın 6 rayonunun (Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi) 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin etmək gücündədir.

Əldə etdiyimiz məlumata görə, Azərbaycan tərəfi Sərsəng Su Aanbarı ilə bağlı bəzi araşdırmalar aparıb. Və məlum olub ki, anbarın vəziyyəti yaxşı deyil. Hətta qəzalı vəziyyətdə olması hesab oluna bilər. Belə ki, su anbarının beton hissələrində çatların olduğu, indiyə qədər lazımi səviyyədə təmir olunmaması səbəbindən əsaslı problemlər yarandığı üzə çıxıb.

Məlumatda deyilir ki, ilkin hesablamalara görə, anbarın təmir və bərpasına həddindən artıq böyük vəsait lazımdır. Halbuki həmin pulla daha müasir və yeni su anbarı inşa etmək mümkündür. JAMAZ.İNFO-ya daxil olan məlumatda qeyd edilir ki, rəsmi Bakı bu səbəbdən də Tərtər çayının üzərində daha böyük bir su anbarının inşası üçün hazırlıqlara başlayıb. Kəlbəcər istiqamətində görüləcək işlər üçün lazım olan bütün texnika əraziyə cəlb edilib. O da məlum olub ki, yeni su anbarının su ilə təmin edilməsi üçün Tərtər çayının yatağının bir hissəsinin dəyişdirilməsi lazımdır. Artıq bununla bağlı layihənin hazırlanaraq, icra edilməsi üçün təsdiqlənməsi gözlənilir.

Sərsəng Su Anbarının aqibətinə gəlincə, mənbələr bildirir ki, bu istiqamətdə də zəruri planlar hazırdır. Belə ki, qəzalı vəziyyətdə olan su anbarının suyu hissə-hissə Suqovuşan su anbarına transfer ediləcək. Daha sonra isə suyun sərbəst axını təmin olunacaq. Yeni su anbarı hazır olduqdan sonra isə Sərsəng ya tamamilə istismardan çıxarılacaq, ya da Ağdərə, Xankəndi və Xocalının su təhcizatı üçün kiçik su hövzəsi kimi saxlanılacaq.

Bildirək ki, məsələdən xəbərdar olan ermənilər artıq “həyəcan təbili” çalmağa başlayıblar. Erməni ekoloqlar Sərsəng Su Anbarının ləğv edilməsini və ya ikinci plana keçirilməsini “ekoloji fəlakət” kimi təqdim etməyə çalışırlar. Həmçinin Tərtər çayın yatağının dəyişdirilməsini ekoloji cəhətdən “düzgün olmayan addım”, “ekioloji tarazlığın pozulması” kimi “qiymətləndirirlər”. Əslində isə məsələnin mahiyyəti odur ki, Azərbaycanın yeni inşa etmək istədiyi su anbarı, Tərtər çayının yatağının dəyişdirilməsi Qqarabağda yaşayan ermənilərin əsas təsir rıçaqlarından birinin əllərindən çıxması deməkdir. Erməniləri narahat edən məsələ həm də odur ki, bundan sonra su ehtiyatları da tamamilə Azərbaycanın nəzarəti altına keçir və bununla da Qarabağda yaşayan ermənilərin təxribatları heç bir içə yaramayacaq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button