ManşetSiyasət

Sərsəng quruyur, separatçıların ümidi dükənir: “Ermənilər eşşək kimi, başlarını aşağı salıblar”

Qarabağdakı erməni separatçıları artıq hər şeydən əllərini üzdüklərini açıq şəkildə dilə gətirməyə başlayıblar. JAMAZ.İNFO xəbər verir ki, əgər əvvəllər bu tip ifadələr sıradan bir separatçı tərəfindən dilə gətirilirdisə, hazırda bunu “deputat”, “nazir”lər berlə danışmağa başlayıblar.

Xankəndidəki separatçıların nümayəndəsi, qondarma “deputat” Metaxe Akopyan dünən Ermənistan telekanallarına verdiyi müsahibəsində bildirib ki, Qarabağda onların vəziyyəti hər gün pisləşir. O deyib ki, Qarabağda yaşayan ermənilərin artıq bütün ümidləri kəsilib və onlar Ermənistan, habelə digər dövlətlərdən yardım ediləcəyinə də inanmırlar. “Qarabağdakı ermənilərin Ermənistan hakimiyyətinə heç bir ümidi yoxdur. Elə digər dövlət və təşkilatlara da ümidləri qalmayıb”.

Erməni blogger Narine Avanesyan isə bölgədəki separatçıların başqa bir problemini yazıb. JAMAZ.İNFO bildirir ki, o, Sərsəng Su Anbarının artıq quruduğunu qeyd edib. “Sərsəng su anbarı artıq quruyub. Su o qədər azalıb ki, elektrik enerjisi istehsalı belə yaxın günlərdə mümkünsüzə çevriləcək”.

Blogger daha sonra qeyd edib ki, bütün bunlara baxmayaraq, erməni xalqı səsini çıxarmır. “Qarabağdakı ermənilərin vəziyyəti göz qabağındadır. Amma erməni xalqı eşşək kimi başını aşağı salıb, həyatını yaşayır. Dünyanın hər tərəfinə yayılmış çoxlu ziyalılarımız var, hamısı da özünü dahi təsəvvür edir. Siyasətçilərimiz, generallarımız, qəhrəmanlarımız varmı? Bu artıq fantaziyadır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button