ManşetSiyasət

Sərhədlərlərin müəyyənləşdirilməsi yaza qaldı: Komissiyaya müdafiə nazirləri rəhbərlik edəcək  

Xəbər verildiyi kimi, noyabrın 26-da Soçidə keçirilən görüşdə Ermənistan-Azərbaycan dövlət sərhədinin dəqiqləşdirilməsi və ya bir sözlə, sərhədlərin delimitasiyası və demarkasiyası üçün müvafiq komissiya yaradılması barədə razılıq əldə olunub.

Ermənistanda nəşr olunan “Fakt” qəzetinin yaydığı məlumata görə, yaradılan komissiyaya ilkin razılığa əsasən, iki ölkənin müdafiə nazirliklərinin başçıları rəhbərlik edəcək. Qəzet yazır ki, sərhədlərin müəyyənləşdirilməsi prosesi əslində kifayət qədər mürəkkəb, uzun və zəhmət tələb edən prosesdir. “Mütəxəssislər qeyd edirlər ki, bu proses bir neçə il, hətta on ilə qədər davam edə bilər. Üstəlik, müxtəlif ölkələrin təcrübəsi var ki, onilliklər ərzində aparılan iş hələ də yekun nəticə verməyib”.

“Fakt” bildirir ki, çətin və əlverişsiz hava şəraiti ilə əlaqədar demarkasiya və delimitasiya komissiyasının işinə 2022-ci ilin yazında, daha dəqiq, qar əridikdən sonra başlayacaq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button