ManşetÖlkə içi

Sərhəddə yenidən atışma: Düşmən postumuza soxulmağa çalışır, minaatanlar işə düşüb

Məlumat verildiyi kimi, Laçınla sərhəddə erməni tərəfi təxribata əl atıb.

JAMAZ.İNFO xəbər verir ki, Azərbaycan Ordusunun mövqelərini atəşə tutan Ermənistan hərbçiləri postlarımıza soxulmaq istəyiblər. Azərbaycan Ordusunun adekvat tədbiri nəticəsində düşmən itki verərək, geri çəkilib və 17:00-da atışma dayanıb. Lakin düşmən bununla yetinməyib, 17:30-da yenidən mövqelərimizi atəşə tutub. Nəticədə, döyüşlər yenidən qızışıb. Erməni “Pastinfo” saytı məlumat yayıb ki, döyüşlər 17:30-dan etibarən yenidən start götürüb. Saytın xəbərinə görə, hər iki tərəf minaatanlardan istifadə edir.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi düşmən təxribatı barədə açıqlama yayıb. Şəhid və yaralılarımızın olduğu bildirilib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button