ManşetSosial

Şəmkirdə torpaq sürüşməsi: İki nəfər uçqun altında qaldı

Şəmkir rayonunda torpaq sürüşməsi baş verib. APA-nın məlumatına görə, hadisə rayonun Sərxan kəndində qeydə alınıb. Məlumata görə, kənd sakini həyətyanı sahəsində quyuda iş görən zaman torpaq çökməsi baş verib.

Nəticədə quyuda işləyən iki nəfər xəsarət alıb. Hadisə yerinə təcilli tibbi yardım briqadası cəlb olunub. Onlardan birinin xəsarəti ağır olduğundan xəstəxanaya yerləşdirilib. Digər şəxsin xəsarəti yüngül olub, ona yerində yardım edilib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button