AraşdırmaManşet

Səlim Müslümovla bağlı 200 milyonluq qalmaqal – Sahil Babayevin hazırladığı arayışın sirri

Xəbər verildiyi kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq rəhbəri Səlim Müslümov həbs olunub. Rəsmi açıqlamaya görə, ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə cinayət işi açılıb. JAMAZ.İNFO xəbər verir ki, artıq sabiq nazirlə bağlı həbs qətiimkan tədbiri seçilib və istintaq müddəti üçün ilkin olaraq 4 aylıq həbs qərarı verilib.
Qeyd edək ki, Səlim Müslümovun iki ildən sonra həbs edilməsi heç də səbəbsiz olmayıb. Gələn məlumatlarda iddia edilir ki, sabiq nazirlə bağlı araşdırmanın kökü nazir Sahil Babayevin vəzifəyə gəlişindən sonraya gedib çıxır. JAMAZ.İNFO-ya verilən məlumatda deyilir ki, Babayev nazir təyinatı aldıqdan sonra rəhbəri olduğu nazirlikdə yoxlama apartdırıb. Həmin araşdırmanın nəticəsi olaraq məlum olub ki, Səlim Müslümov nazir olduğu müddətdə dövlət büdəcəsindən ayrılmış 200 milyon manata yaxın vəsaiti mənimsəyib.
Mənbələr iddia edirlər ki, Sahil Babayev araşdırmanın nəticəsini arayış şəklinə salaraq, sübutlarla birlikdə Prezident Admnistrasiyasına təqdim edib. Lakin həmin vaxt Admnistrasiyanın rəhbəri Ramiz Mehdiyev prosesin uzanmasına və ciddi nəticə almasına imkan verməyib. Bunu hansı məqsədlə və niyyətlə etdiyi naməlum olaraq qalır. Güman ki, Mehdiyevin bu işdə başqa maraqları olub. Ki, Müslümov həbsə qədər “boz kardinal”ın qulluğunda dayanan sabiqlərdən biri olub.
Mənbələr deyir ki, Sahil Babayevin arayışı və təqdim etdiyi sübutlar yeni admnistrasiya rəhbərliyinə xatırladılıb. Və bununla bağlı əlavə araşdırmalara start verilib. İddia edilir ki, həmin araşdırmalardan sonra Səlim Müslümovun həqiqətən də külli miqdarda dövlət vəsaitini şəxsi məqsədləri üçün istifadə etdiyi təsdiqlənib. Burada tender maxinasiyalarından tutmuş, rüşvət yolu ilə ünvanlı sosial yardım və pensiya təyinatlarına qədər bir çox məsələlər hesabına böyük pullar qazanıldığı dəqiqləşib. Məhz bu dəqiqləşmələrdən sonra Səlim Müslümovla bağlı hüquq mühafizə orqanlarına müraciət edilib və üzərindən bir il keçdikdən sonra Müslümovun həbsi reallaşdırılıb.
Bəzi məlumatlara görə, Səlim Müslümovun həbsi hələ ötən ilin avqust-sentyabr aylarında reallaşdırılmalıymış. Lakin 44 günlük Qarabağ müharibəsi sabiq nazirin “qanının arasına girib”.
Xatırladaq ki, Səlim Müslümova qarşı açılmış cinayət işində rüşvətalma faktları qeyd olunsa da, 200 milyon manatlıq yeyinti məsələsindən bəhs olunmur. Bunun konkret səbəbinin nə olduğunu demək çətindir. Güman etmək olar ki, istintaq dövründə təqsirləndirilən şəxsə əlavə ittiham irəli sürülsün.
Bütün bunlara rəğmən, keçmiş nazir həbs həyatı yaşamalı olacaq. Bu uzunmu çəkəcək, qısamı olacaq, onu da zaman göstərəcək.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button