ManşetSosial

Şəhid anası dövlət başçısından kömək istəyir: “Oğlumla bağlı yanlış qərar veriblər”

Qazax rayon, Fərəhli kənd sakini, Şəhid anası Qurbanova Hamaya Mustafa qızı dövlət başçısı İlham Əliyevdən kömək istəyib. JAMAZ.İNFO-ya göndərdiyi məktubunda Şəhid anası yazır ki, oğlu Qoşqar Qurbanov 2014-cü ildə döyüş tapşırığını yerinə yetirən zaman Şəhid olub.

Digər oğlu, Mahmud Qurbanov isə 2010-cu ildən 2017-ci ilə qədər müddətdən artıq hərbi qulluqçu olub. Lakin ağır xəstəlik səbəbindən ordudan tərxis olunub. Şəhid anası yazır ki, oğlu Mahmud 2011-ci ildə travma almağı haqqında arayışı 2017-ci ildə tərxis olan zaman (cərrahi əməlliyat olduğu) ağır xəstə olması səbəbindən Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına təqdim edə bilməyib. “Bu səbəbdəndə oğluma yalnış olaraq 2017-ci ildə şəhadətləndirilən zaman hərbi xidməti vəzifələri yerinə yetirməklə əlaqədar xəstəlik qərarı deyil, hərbi xidmət dövrü ilə əlaqədar xəstəlik qərarı verilib”.

Hamaya Qurbanova qeyd edir ki, məsələ ilə əlaqədar Qazax rayon Məhkəməsinə etdikləri müraciətə əsasən qərar çıxarılıb. “Hərbi hissədən oğlum travma almağı haqqında arayışla təmin edildi. Elə buna görə də, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən oğlumun xəstəliyinin səbəb əlaqəsi dəyişdirilməli və hərbi xidməti vəzifələri yerinə yetirməklə əlaqədar təyin edilməlidir”.

Şəhid anası deyir ki, oğlu Mahmud 2-ci qrup əlildir. Onun himayəsində yaşlı anası, 4 nəfərdən ibarət öz ailəsi və Şəhidin 3 nəfrdən ibarət ailəsi var. “Məsələ ilə əlaqədar dəfələrlə mən və oğlum Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etmişik. Lakin müraciətimizə baxılsa da, müsbət qərar qəbul edilməyib. Ona görə də, dövlət başçısından xahiş edirəm ki, məsələni nəzərində saxlasın və bu işdə bizə yardım etsin”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button