CəmiyyətManşet

Rusların “köç planı” alınmır: Ermənilər Qarabağı tərk edir

Qarabağda müharibə bitdikdən sonra rus sülhməramlılarının dəstəyi ilə geri qayıdan ermənilərin əsaslı problemləri üzə çıxıb. JAMAZ.İNFO xəbər verir ki, rusların və Qarabağdakı erməni quldurlarının sözlərinə aldanan ermənilərin hətta yaşamaq üçün evlərini belə olmadığı məlum olub.

Ermənistan hökumətinin yaydığı məlumata görə, hal hazırda Qarabağda yaşayan 40 min erməni evsiz qalıb.

Həmin məlumata görə, bu qədər ermənini evlə təmin etmək üçün 200 milyon dollara ehtiyac var. Lakin İrəvan hökuməti həmin pulu tapmaqda çətinlik çəkdiyini etiraf edib.

Bu əsnada, qondarma “rejim”in nümayəndəsi, özünü “Artsax Şəhər İnkişafı Nazirliyinin” “mətbuat katibi” kimi təqdim edən Marta Danelyan deyib ki, hazırda onlar 5 yüngül konstruksiyalı evin tikintisi üçün sifariş veriblər. “Şəhərsalma ilə bağlı bütün məsələləri həll etmək üçün 200 milyon dollar tələb olunacaq. Artıq beş yüngül konstruksiyalı evin tikintisi üçün sifariş vermişik. Koteclər formasında olan evlər bölgələrdə inşa olunacaq”.

Hərçənd onlar 40 min rəqəmini haradan tapıbdıqları məlum deyil. Çünki müharibədən öndə ümumilikdə, Qarabağda 50-55 min erməninin yaşadığı məlum idi.

Digər tərəfdən, Qarabağdakı quldur dəstəsi bu cür açıqlamalarla digər erməniləri də geri qaytarmağa çalışırlar. Lakin Xankəndiyə qayıtmış ermənilər geri dönmək üçün hərəkətə keçiblər. Belə ki, fevralın 15-dən etibarən Rusiya ilə aviareyslərin bərpa edilməsindən sonra Qqarabağdakı ermənilər ərazini tərk etməyə başlayacaqlar. Artıq erməni mətbuatı da yazmağa başlayıb ki, mart ayının 1-nə kimi Rusiyaya uşuş üçün alınan biletlərin yarısı Qarabağ ermənilərinə məxsusdur. Hətta bu istiqamətdə vəziyyəti daramatik olaraq qiymətləndirən yerli media bildirir ki, bu şəkildə davam edərsə, yazın sonlarına Xankəndi və ətraf şəhərlərdə erməni tapmaq müşkülə çevriləcək. Çünki onlar ailəlikcə Qarabağı tərk edərək, Rusiyaya yerləşməyi qərarlaşdırıblar.

Bu əsnada, erməni mediası Qarabağda əhali üçün şəraitin yradıldığı barədə yayılan məlumatları blef adlandırıb. Onların yazdıqlarına görə, Xankəndi və ətraf şəhərlərdə yaşamaq üçün heç bir şərait yoxdur. “Kommunikasiya bərbad haldadır. Evlərin elektriklə təmin olunması günlük rejimlər müəyyən edilir. Mənzillərin qızıdırlması, işsizlik, qida çatışmazlıqları dəhşətli şəkildədir. İnsanlar deyirlər ki, müharibədən sonra cəhənnəmə düşüblər. Ona görə də, Qarabağda yaşamağın mənazıs olduğunu deyirlər”.

Erməni ictimaiyyəti isə haray-həşir salaraq, hökumətin təcili tədbir görməsini tələb edir. Onlar deyirlər ki, belə davam edərsə, ermənilər Qarabağı tamamilə tərk edib, ya Ermənistana, ya da Rusiyaya yerləşəcəklər. “Boş qalmış ərazilərə isə yaxın vaxtlarda Azərbaycan əhalisinin köçürülməsinə start veriləcək. Bu, o deməkdir ki, biz Qqarabağı birdəfəlik itirməli olacağıq. Orada əhalinin təcili yerləşdirilməsi, problemlərinin aradan qaldırılması lazımdır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button